«1in.am»: ”Rusiya Ermənistandakı parlament seçkilərində iqtidarın rəqiblərinin yanında olacaq”
Tarix: 07.06.2018 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


“Paşinyan və onun Ermənistana gətirdiyi hakiymiyyət Rusiyanın maraqlarına cavab vermir”

Ermənistanın «Jamanak» nəşri bir neçə gün bundən əvvəl «Çiçəklənən Ermənistan» fraksiyasının rəhbəri Qagik Çarukyanın Moskvada Rusiya hökumətinin yüksək səviyyəli nümayəndələri ilə görüşü barədə məlumat yayıb.
Nəşr bu görüşün niyə məhz Ermənistanda hökumət proqramının təsdiqindən dərhal sonra baş tutduğuna diqqət ayırır. Qeyd edək ki, burada söhbət bir il ərzində fövqəladə parlament seçkilərinin keçirilməsi ilə bağlı proqramdan gedir. Bununla bağlı «1in.am» saytı Çarukyanın Moskva səfərini, böyük ehtimalla, «Rusiyanın Ermənistanda keçiriləcək seçki ilə bağlı mövqeyini aydınlaşdırmaq üçün əvvəlcədən hazırlanmış «seçki səfəri» kimi dəyərləndirərək yazır: «Ermənistanda baş verən məxməri inqilabın nəticəsi olaraq, hakimiyyət təkcə Serj Sarkisyan və hakim Respublikaçılar Partiyasını deyil, həm də Rusiyanı itirdilər. O da aydındır ki, indi təkcə Ermənistanın siyasi qüvvələri deyil, eyni zamanda Moskva, onun ölkədəki təsir agentləri də erkən seçkilərə hazırlaşırlar. Belə görünür ki, yaxın vaxtlarda ölkədə Rusiya tərəfindən aparılan seçkiqabağı «təbliğat»- Ermənistanın siyasi qüvvələri arasında rusofilliyin nümayişi müsabiqəsi başlayacaq. Məhz bu baxımdan Qagik Çarukyanın Moskvaya səfərini təsadüfi kimi dəyərləndirmək düzgün olmaz . Xatırladaq ki, Çarukyan Rusiyanın hakim elitası ilə yanaşı, həm də Belarus prezidenti Lukaşenko ilə dostluq münasibətləri ilə tanınır.
Bundan başqa, qeyd edilməlidir ki, «Çiçəklənən Ermənistan» fraksiyasının rəhbəri olan Qagik Çarukyanın həm Robert Koçaryana, həm də Serj Sarkisyana həmişə rəsmi və ya qeyri-rəsmi şəkildə dəstək olub. Təsadüfi deyil ki, onu indi də Ermənistanda Rusiya hakimiyyətinin əsas təminatçısı kimi tanıyırlar. Bundan əlavə, «Çiçəklənən Ermənistan» fraksiyası Rusiyanın Ermənistandakı dominant layihəsi kimi qəbul edilir. Qeyd edək ki, erməni siyasətçiləri Qagik Çarukyanın bütün siyasi fəaliyyəti dövründə həmişə seçildiyini bildirirlər. Bunu onlar taha çox Çarukyanın Rusiya vektoru ilə əlaqələndirirlər».
Qagik Çarukyan ilə rus dairələri arasındakı əlaqənin təbiəti , bunun hansı səviyyədə qurulduğu barədə sualı cavablandırmaqda çətinlik çəkdiyini bildirən sayt etiraf edir ki, «Adətən, onun (Qagik Çarukyanın) Moskva səfərindən sonra Ermənistanın daxili siyasi həyatında bir çox təzahürlər dəyişə bilir».
Sayt Rusiyanın Ermənistandakı seçki palitrasında maksimum təmsilçilik üçün hər şeyi edəcəyini istisna etmir. Rusiyanın Ermənistana nəzarət gücünü itirdiyini və gözlənilən seçkilərdə bu gücün heç olmasa müəyyən hissəsini geri qaytarmağa çalışacağını yazan sayt Moskvanın buna nail ola biləcəyinə tərəddüdlə yanaşır: «Xatırladaq ki, Moskva, obyektiv reallıqlara əsaslanaraq, Nikol Paşinyan hökuməti ilə işləyəcək və ya işləməyə çalışacaq. Amma aydındır ki, elan edilmiş erməni mərkəzli Paşinyan rəhbərliyi seçki prosesində Rusiyanın sevimlisi olmayacaq. Rusiyaya bu ölkənin maraqlarına cavab verməyən, hətta Ermənistanın dövlət maraqlarına ziddirsə belə, hər hansı bir erməni mərkəzi lazım deyil. Məhz bu mənada Nikol Paşinyan və onun Ermənistana gətirdiyi hakiymiyyət Rusiyanın maraqlarına cavab vermir. Çünki Nikol Paşinyan inqilab yolu ilə təkcə Serj Sarkisyanı deyil, Ermənistan hökumətindəki Rusiya maraqlarını, eləcə də, Rusiyanın əsas fiquru olan Karen Karapetyanı da devirdi. Beləliklə, Paşinyan Moskvanın Ermənistanla bağlı bütün gələcək planlarını alt-üst etdi. Bunun Kreml tərəfindən rəqib kimi qəbul edilə bilməsi də başa düşüləndir. Yaxın gələcəkdə Kremlin bu rəqibə hücum etməyə hazır olan qüvvələr arasında seçim keçirəcəyi də istisna deyil.
Sayt seçkilərdə liderlik edən qüvvələrin iştirakı və ya məzmununun Qagik Çarukyandan asılı olduğunu etiraf etsə də, Moskvanın Ermənistandakı seçkilərə düşüncəsiz müdaxiləsini ütopik bir işğal kimi dəyərləndirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info