İsa Qəmbər niyə brifinqinə cəmi beş jurnalist dəvət edib?
Tarix: 12.06.2013 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Müxalif başçılar gözlənilməz suallarla qarşılaşmaqdan çox qorxurlar, ona görə brifinqlə bağlı “siyahı” tuturlar...

Müxalifət başçılarının çoxsaylı media orqanlarınn təmsil olunduğu konfrans və brifinqddə iştirak etməkdən qorxmaq sindromu var. Bu sindromun güclü şəkildə müşahidə olunduğu müxalif başçılardan biri Müsavat Partiyasının başqanı İsa Qəmbərdir...
İ.Qəmbər iyunun 11-də cəmisi bir neçə müxalifyönlü qəzet və portalın jurnalistləri üçün brifinq keçirib. İ.Qəmbər özünün maraqlı olduğu məsələlər barəsində sualları cavablandırmaqla intriqalar yaşadığı “milli şura” ilə bağlı fikir və mövqelərini ortaya qoyub. Belə görünür ki, bu brifinq əvvəlcədən Müsavat tərəfindən təşkil olunub və orada təmsil olunanlar da İsa Qəmbərin “piar texnoloqları”nın seçimi ilə bir araya gəlib.
İsa Qəmbər belə “doğma” bir auradan istifadə edərək “milli şura”dakı narazı qaldığı məqamlar barəsində o ki var döşəyib və dolayısı ilə Rüstəm İbrahimbəyovu, Eldar Namazovu avrointeqrasiya prinsipindən imtina etməyə çalışmaları ilə bağlı ittiham edib. Beləliklə, İ.Qəmbər bu brifinqdə ürəyini rəqiblərinə qarşı istənilən qədər rahatca boşaldıb. Amma təbii ki, medianın geniş əhatə dairəsinin iştirak etmədiyi bir şəraitdə... Müxalif başçılar “azad söz”dən tez-tez dəm vurmalarına baxmayaraq, jurnalistlərin gözlənilməz suallarını cavablandırmağa həmişə ehtiyat edirlər. Ona görə də İsa Qəmbər özünə lazım olan media işçilərini brifinqə gizli bir şəkildə dəvət edib. Çünki əvvəlcədən elan olunmuş, açıq konfransda özünün fəaliyyətində buraxdığı səhvlər, intriqalar və sair barəsində suallarla qarşılaşa və onları cavablandırmaqda aciz qala bilər. Ona görə də bu cür əvvəlcədən razılaşdırlmış və siyahısı tutulmuş brifinqlər keçirirlər ki, verilən razılaşdırılmış suallara da “hazırcavab” kimi görünsünlər...

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı, 29 nəfər vəfat etdi
23.11.2020
Dövlət Yanğın Nəzarəti Xidməti azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb
22.11.2020
Füzuli tezliklə çiçəklənmə və xoşbəxtlik şəhəri olacaq - Hikmət Hacıyev
22.11.2020
Azərbaycanda 3196 nəfər COVID-19-a yoluxdu, 1598 nəfər sağaldı, 24 nəfər vəfat etdi
22.11.2020
Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info