“Social Hub” İnnovasiyalar Mərkəzi Azərbaycanı qlobal sosial innovasiyalar ekosistemində təmsil edəcək
Tarix: 07.06.2018 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı və “Social Hub”İnnovasiyalar Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanasındatədbir keçirilib. Tədbirin mövzusu Azərbaycan milli innovasiya ekosistemi olaraq gücləri birləşdirməklə, sosial innovasiyalar və təşəbbüskarlığın təşviqi ilə yanaşıqlobal ekosisteminə inteqrasiyası olub.
Burada Azərbaycan və Qlobal innovasiya ekosistemi haqqında müzakirələr edilərək məsələnin aktuallığı, “Social Hub” təşkilatının fəaliyyət sahələri və gələcək layihələr haqqında məlumat verilib. O cümlədən, ölkəmiz üçün sosial innovasiyalar və sahibkarlığın önəmindən bəhs edilib. Tədbirdə Azərbaycanın innovasiya və sahibkarlıq ekosisteminin üzvləri, Dövlət nümayəndələri, səfirlik, Avropa ittifaqı, Birləşmiş Millətlər Təşkilatı, vətəndaş cəmiyyətinin nümayəndələri, həmçinin biznes inkubatorlar və gənc alimlər və təşəbbüskarlar qoşulub. İlk öncə qonaqları salamlayan “Social Hub”İnnovasiylar Mərkəzinin həmtəsisçisi Nərgiz Xələf təşkilatın əsasməqsədindən danışıb. Hədəflərinin beynəlxalq aləmə çıxış olduğunu vurğulayan NərgizXələf bu yolda onlara dəstək olanlara minnətdarlığınıbildirib.
Daha sonra söz qonaqlara verilib. Çıxış edənVüqar Babayev (AMEA YT Parkın direktoru), Rüstəm Abdullayev (GİN-in sektor müdiri), Ulduz Babayeva (İqtisadiyyat Nazirliyinin nümayəndəsi), Fuad Hünbətov (Sahibkarlar Konfederasiyasının nümayəndəsi) və Anar Cəfərov nformasiyaTexnologiyalarınınİnkişafıDövlətFondununnümayəndəsi) qurumunbucəhdləriniyüksəkqiymətləndirib. Ölkəmizin davamlı inkişafının sahibkarlıqdan keçdiyini vurğulayan tədbir iştirakçıları bu yolda tələbələr və gənclərə daima dəstək göstərildiyini deyiblər.
Tədbirin sonunda“Social Hub”İnnovasiyalar Mərkəzinin digər həmtəsisçiləri Amin Məmmədov mərkəzin strateji planları,Vüsal Süleymanlı isə mövcüd layihələr haqqında məlumat verib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info