“Made in Azerbaijan-3-un” qalibləri Türkiyə texnoparklarının təcrübəsini öyrənirlər
Tarix: 08.06.2018 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


“Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin qalibləri və yarışın təşkilat komitəsinin üzvləri Türkiyənin aparıcı universitetlərində olublar. “Kapital Bank”ın maliyyə dəstəyi ilə baş tutan səfərin məqsədi Türkiyənin aparıcı universitetlərinin startap və texnopark təcrübəsini öyrənmək olub. UNEC-in Karyera Mərkəzinin direktoru Fuad Əliyev, İnnovativ Biznes İnkubatorun direktoru Mircavid Həsənov və qaliblər Eşqin Cəfərov, Elçin Süleymanov, Toğrul Mirzəyev İstanbul Texniki Universiteti (İTU) və Yıldız Texniki Universitetinin (YTU) texnopark və biznes inkubatorları ilə tanış olublar. İstanbul Texniki Universitetində UNEC-in nümayəndə heyətinə texnoparkın fəaliyyəti, startapları və həyata keçirdikləri layihələr haqqında ətraflı məlumat verilib, həmçinin yeni startap məhsulları və xidmətlər nümayiş olunub. Görüşdə texnoparklarla beynəlxalq təşkilatların üzvlük məsələləri də müzakirə edilib. UNEC nümayəndələri səfərin ikinci günü Türkiyənin zəngin təcrübəyə və ən böyük texnoparkına sahib olan Yıldız Texnik Universitetində olublar. M.Həsənov onlara UNEC-in İnnovativ Biznes İnkubatoru, startaplar və “Made in Azerbaijan” biznes ideya müsabiqəsi barədə məlumat verib. Sonra UNEC-in tələbələri texnoparkın rəhbərliyi qarşısında qalib olduqları layihə ilə bağlı təqdimatla çıxış ediblər. Görüş zamanı YTU-nun nümayəndələri biznes yarışlar, startaplar və ən son yeniliklər barədə danışılar. Sonra ziyarətçilər universitetin Davutpaşa tədris binasında fəaliyyət göstərən texnopark, startap və müasir texnologiyalarla təchiz edilən emalatxanalara baxış keçiriblər. YTU-nun Biznes İnkubatorunda Medron Texnoloji şirkətinin məhsulları və layihələri ilə tanış olublar. Səfər çərçivəsində UNEC İnnovativ Biznes İnkubatoru ilə İTU və YTU Texnoparkları arasında əməkdaşlıq məsələləri müzakirə olunub, birgə seminar, təlim və layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsinə dair razılıqlar əldə edilib. Qeyd edək ki, “Made in Azerbaijan-3” biznes ideya müsabiqəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info