AzTU Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək
Tarix: 08.06.2018 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Texniki Universiteti (AzTU) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC arasında əməkdaşlığa dair memorandum imzalanıb. Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Palitra”ya bildiriblər ki, AzTU-da keçirilən imzalanma mərasimində universitetin rektor əvəzi, professor Xalıq Yahudov çıxış edərək bildirib ki, Azərbaycanda texnoloji sahənin inkişafı əsas prioritetlərdəndir. Bu mənada AzTU ilə NRYTN-in əməkdaşlığının kadr potensialının gücləndirilməsinə böyük töhfə verəcəyini deyən Xalıq Yahudov YT Parkla birgə strateji addımlar atılacağını qeyd edib. NRYTN-in İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizli isə çıxışında ali təhsil müəssisələri ilə istehsalat sahələrinin inteqrasiyasına diqqət çəkib. Rəşad Əzizli bildirib ki, hazırda NRYTN-i bu istiqamətdə eko sistem formalaşdırmağa çalışır. Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC-nin direktoru Tural Kərimli də qeyd edib ki, kadr potensialının gücləndirilməsi üçün ali təhsil müəssisələri ilə istehsalat sahələrinin əməkdaşlığı vacibdir. Tural Kərimli bununla əlaqədar olaraq Yüksək Texnologiyalar Parkında sistemli işlər aparıldığını bildirib. İlkin mərhələdə 5 illik müddəti əhatə edən əməkdaşlıq memorandumunda elmi-texniki innovasiya sahəsində əməkdaşlıq, müştərək layihələrin hazırlanması və icrası, elmi-texniki informasiya mübadiləsinin həyata keçirilməsi, mütəxəssis hazırlığında gənc kadrların motivasiya edilməsi, gənc startapçıların yetişdirilməsi, dünya əmək bazarının tələblərinə uyğun, müasir düşüncəli, mütərəqqi texnologiyaların yaradılması və tətbiqini mənimsəyən mütəxəssislərin hazırlanması kimi məsələlər əksini tapıb. Razılaşmaya əsasən, Yüksək Texnologiyalar Parkı (YTP) texniki bacarıqları müəyyən etmək, müvafiq bazara çıxış proqramları ilə təminat, təhsil fəaliyyəti üçün birgə əməkdaşlıq, birgə proqramlarda tələbələri YTP-nin zəruri resursları ilə təmin etmək və bu kimi digər öhdəlikləri öz üzərinə götürüb. AzTU isə “YT Park”ın məqsəd və vəzifələrinin reallaşdırılması istiqamətində respublikada və xarici ölkələrdə həyata keçirdiyi tədbirlərdə, o cümlədən elm-təhsil layihələrində, konfranslar, seminarlar, dəyirmi masalar və disputlarda universitetin müəllimləri, tələbə və tədqiqatçılarının iştirakının təmini, “YT Park”ın mütəmadi olaraq universitetin çap məhsulları (məcmuələr, dərsliklər, tədris vəsaitləri və s.) ilə təmin edilməsi, müxtəlif elm sahələri üzrə yerli və xarici ölkə mütəxəssislərinin universitetdə mühazirə, təlim və görüşləri üçün şərait yaratmaq missiyalarını öz üzərinə götürüb. Bundan əlavə, razılaşmaya görə, universitet “YT Park”ı müəyyən olunmuş ixtisaslarda təhsil alan tələbələrin göstərdikləri nəticələrlə bağlı məlumatlarla da təmin edəcək. Qeyd edək ki, imzalanma mərasimindən sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri Azərbaycan Texniki Universitetinin tədris laboratoriyaları, patentləşdirilmiş ixtiraları, eləcə də universitet alimlərinin elmi tədqiqat işləri ilə tanış olublar.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info