Xızıda dövlət dəstəyi ilə ixracyönümlü yeni müəssisələr yaradılır
Tarix: 08.06.2018 | Saat: 00:53:00 | E-mail | Çapa göndər



Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 7,1 milyon manat güzəştli kredit verilib


İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir. Bu istiqamətdə növbəti tədbir Xızı rayonunda keçirilib. Sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum çərçivəsində Xızı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan arıçılıq, istixana, intensiv bağçılıq və iri fermer təsərrüfatlarının, şirniyyat, plastik qapı-pəncərə istehsalı müəssisələrinin, kənd turizmi və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsini icra edən Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Xızı rayonundan olan 197 sahibkara 39,2 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan istixana, quşçuluq təsərrüfatlarının, heyvandarlıq kompleksinin, yem emalı müəssisəsinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib. İşgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 7,1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, istixana kompleksinin yaradılması, heyvandarlıq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 150-dək yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1245 investisiya layihəsinin maliyyələşdirilməsinə 389,7 milyon manat güzəştli kredit verilib. Tədbir çərçivəsində Xızıda dövlətin güzəştli krediti ayrılan 20 ha ərazidə müasir istixana kompleksində aparılan son tamamlama işlərinə baxış keçirilib. Qeyd edək ki, son illər ümumi dəyəri 476,7 milyon manat, ildə 100 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan 62 müasir istixana kompleksinin yaradılmasına 203,6 milyon manat güzəştli kredit verilib. Bundan başqa, ümumi dəyəri 620 milyon manat olan istixana komplekslərinin yaradılması üzrə 51 layihəyə investisiya təşviqi sənədi verilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
“Kaspersky Lab” “Windows” əməliyyat sistemində əvvəllər aşkarlanmamış zəiflik tapıb
25.04.2019
Nazir müavini: Ölkədə 990 mindən çox sahibkar fəaliyyət göstərir
24.04.2019
Baş Dövlət Yol Polisi İdarəsi vəBakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info