Müsavatın “milli şura”da iştirakı sual altındadır
Tarix: 12.06.2013 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


“Milli şura” birmənalı olaraq Moskvanın dəyərlərini önə çəkəcəksə, açıq şəkildə Moskvanın oyunu oynanılacaqsa, Müsavat Partiyası o oyuna getməyəcək”. Bunu Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy “Trend”ə deyib. S.Əlisoy qeyd edib ki, Müsavat Partiyası birmənalı şəkildə Qərb dəyərlərinə önəm verir, çünki gələcəyə Qərb ilə addımlamaq Azərbaycan xalqı üçün böyük perspektivlər vəd edir: "Yəni biz uzun illər Moskvanın işğalında olduq, yaşadıq və nələrin baş verdiyini gördük". Başqan müşaviri vurğulayıb ki, “milli şura” olmur, hansı birlik olursa-olsun, Müsavat Partiyası öz fikrini deyəcək: "Milli şura”nın fəaliyyəti ehtimal olunan formada davam edərsə, yəni təkrar Moskvanın arzusuna getmək prosesi baş verərsə, təbii ki, Müsavat Partiyası, o “şura”da, o oyunda olmayacaq". S.Əlisoy bildirib ki, “milli şura” və “milli şura”ya daxil olan hər hansı bir partiya özünün mövqeyini ortaya qoya bilər: "Bütün bunlara baxmayaraq, Müsavat Partiyası üçün Avroatlantik məkana inteqrasiya proritet məsələdir. Partiyanın özünün yolu, xətti budur. Müsavat Partiyası hər zaman bu yolda olacaq və bu, kimlərinsə istəyindən asılı deyil. Müsavat Partiyasının götürdüyü kurs Azərbaycanın Avroatlantik məkana inteqrasiyasıdır".




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info