ARDNŞ Ermənistana qaz verilməsinin şərtlərini açıqlayıb
Tarix: 12.06.2013 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Ermənistan işğal etdiyi torpaqlarla bağlı mövqeyini dəyişməli,
münaqişənin dinc, danışıqlar yolu ilə və ən əsası Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olmalıdır


"Azərbaycanla hərbi-siyasi münaqişə vəziyyətində olan Ermənistan dövlətinin indiyə qədər tutduğu qeyri-konstruktiv mövqe erməni xalqını acınacaqlı duruma salıb". Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) bəyanatında bildirilir.
Bəyanatında bildirilir ki, Azərbaycan təbii qaz ixracatçısı olan ölkələr sırasında özünə layiqli yer tutur: “Region ölkələrindən Gürcüstan və Türkiyənin təbii qaz təminatında mühüm rol oynayan respublikamız Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən “Cənub qaz dəhlizi” layihəsinin gerçəkləşdirilməsi istiqamətində Avropa Birliyi ilə məqsədyönlü surətdə intensiv iş aparır. Artıq Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş Transanadolu qaz boru kəməri (TANAP) layihəsi “Cənub qaz dəhlizi”nin əsas elementi kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib, bu istiqamətdə Türkiyə şirkətləri ilə ARDNŞ arasında səmərəli əməkdaşlıq şəraitində ilk uğurlu addımlar atılıb”. ARDNŞ-ın bəyanatında qeyd olunub ki, “Şahdəniz” konsorsiumu Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi konsepsiyası çərçivəsində bu ölkələrə qaz tədarükünün həyata keçiriləcəyi qaz boru kəmərləri marşrutları üzrə yekun qərar verilməsinə yaxındır. Bəyanatda həmçinin qeyd olunur ki, Ermənistan coğrafi baxımdan Azərbaycana qonşu dövlətdir və Azərbaycan daim bu coğrafi məkanda öz qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşayıb, bunu tarix boyu bütün dünyaya nümayiş etdirib. Ermənistan isə separatçılıq və aqressiv millətçilik yolunu tutaraq, təcavüzkar işğalçılıq siyasəti yeridib, Azərbaycanın əbədi və əzəli torpaqlarının böyük bir hissəsini işğal edib, bir milyondan artıq azərbaycanlının öz doğma ev-eşiyindən didərgin düşməsinə səbəb olub: “Ermənistan hakimiyyəti bu gün də beynəlxalq hüququn normalarına məhəl qoymayaraq, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək niyyətində olmadığını nümayiş etdirməkdən çəkinmir. Halbuki bununla ilk növbədə öz xalqının həyati maraqlarına qarşı çıxır, öz ölkəsində və bütövlükdə regionda sosial-iqtisadi inkişafa əngəl yaradır. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan işğal etdiyi torpaqlarla bağlı mövqeyini dəyişərsə, münaqişənin dinc yolla, danışıqlar yolu ilə və ən əsası, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olarsa, həyata keçirdiyimiz regional və qlobal əhəmiyyətli enerji layihələrinə cəlb edilə bilər”. Bəyanatda qeyd olunub ki, yuxarıda qeyd olunan şərtlər daxilində Ermənistan Azərbaycan qazı üçün müraciət edərsə, bu məsələyə də baxıla bilər.




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər
15.01.2019
Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı ikiyə çatıb
15.01.2019
İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfəri gözlənilir
14.01.2019
Kosaçev: “ABŞ situasiyaya iqtisadi sanksiyalar vasitəsilə nəzarət etməyə çalışır”
14.01.2019
“Belə metodlarla Ankaraya təsir etmək mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info