“Məcburi köçkün gənclərin məşğulluğunun təmin olunması və peşə hazırlığının gücləndirilməsinə dəstək”
Tarix: 08.06.2018 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sosial Tərəqqi İB tərəfindən “Məcburi köçkün gənclərin məşğulluğunun təmin olunması və peşə hazırlığının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində 04-07 iyun 2018-ci il tarixlərində Qəbələdə və Şəkidə məcburi köçkün gənclərə təlimlər təşkil edilib.
Təlimlərdə çıxış edən ST İB-nin sədr müavini Anar Məhərrəmov layihə haqqında, təşkil edilən təlimin məqsədləri barədə məlumat verərək qeyd edib ki, layihənin məqsədi məcburi köçkün gənclərin peşə təhsili imkanlarının yaradılması, bacarıqların artırılması və onların məşğulluğunun təmin olunmasına yardım göstərməkdir.
Təlimçi Malik Rəşidov məcburi köçkün gənclərin məşğulluğunun təmin olunmasının əhəmiyyəti, peşə seçimi nədir və nə üçün önəmlidir, özünü kəşf etmə, düzgün peşə seçimi üçün peşələri tanımağın əhəmiyyəti, peşə seçimi, işin insan həyatında önəmi, layihə tərtib etmə və layihənin dəyərini əks etdirən büdcənin hazırlanması, ictimai birliklərin yaradılması, icma səfərbərliyinin formalaşdırılması, layihə təklifi yazılışı və s. istiqamətində geniş məlumat verib.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info