Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilir
Tarix: 08.06.2018 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatlarının direktorları, ali məktəblərin rəhbərləri, KİV təmsilçiləri iştirak edirlər.
AMEA-nın prezidenti akademik Akif Əlizadə bildirib ki, ümumi yığıncağın gündəliyində akademiyanın Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatın müzakirəsi, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın, akademiyanın Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adına təsis etdiyi adlı mükafatlarının təqdimatı, AMEA-nın prezidentinin və Rəyasət Heyətinin yeni tərkibinin seçilməsi nəzərdə tutulub.
Sonra akademik A.Əlizadə AMEA-nın 2017-ci il və son beş ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verib. Ötən ilin mühüm elmi nailiyyətlərlə və uğurlarla yadda qaldığını söyləyən akademik qeyri-neft sektorunun inkişafı baxımından bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, ölkədə dövlət siyasətinin əsas prioritetlərindən olan sosial layihələrin uğurla davam etdirildiyini vurğulayıb.
Ümumi yığıncaq işini davam etdirir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info