Nazir: “Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti təkmilləşdiriləcək“
Tarix: 08.06.2018 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


"Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti təkmilləşdiriləcək". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında çıxışı zamanı kənd təsərrüfatı naziri İnam Kərimov deyib. O bildirib ki, universitetinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübə öyrəniləcək.  Nazirin sözlərinə görə, Azərbaycanda dövlət tərəfindən fermerlərə dəstək göstərilir: "Dövlət tərəfindən fermerlərə verilən dəstək mütəşəkkil, şəffaf və innovativ yolla həyata keçirilməlidir. Bu, bizim əsas məqsədimizdir".  İ. Kərimov qeyd edib ki, aqrar sahənin inkişafı üçün kəndli və fermerlərə yaxınlıq, kənd təsərrüfatı sahəsində səmərəli idarəçilik və beynəlxalq təcrübənin tətbiqi əsas götürülüb. Nazir AMEA və Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən birgə elmi araşdırmaların aparılmasının zəruriliyini vurğulayıb. O əlavə edib ki, birgə aparılacaq elmi araşdırmaların nəticələri əsasında kənd təsərrüfatı sahəsində kompleks tədbirlər həyata keçirilə bilər. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info