Azərbaycanlı qadınlar Brüsseldə “Avropa inkişaf günləri”ndə təqdimatla çıxış ediblər
Tarix: 08.06.2018 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Azərbaycanın müxtəlif bölgələrindən olan 6 qadın Brüsseldə “Avropa inkişaf günləri”ndə təqdimatla çıxış edib.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, azərbaycanlı qadınların təqdimatı “Kənd yerlərində qadınlar və inkişaf” panelində dinlənilib. Dünya Bankının, Avropa Parlamentinin, dünyanın məşhur maliyyə və texnologiya şirkətlərinin rəhbərlərinin, inkişaf üzrə ekspertlərin çıxış etdiyi tədbirdə kənd qadınlarının müasir dünyada yeri, biznes imkanları, onlara lazım olan dəstəklər müzakirə olunub.
Müzakirələrdə dövlət və özəl qurumların innovasiyalar tətbiq etməklə kənd yerlərində yaşayan qadınların resurslara və bazarlara çıxışını asanlaşdırmaq imkanlarına toxunulub. Kənd qadınlarının dəvət aldığı yeganə ölkə kimi Azərbaycan qadınları Balakən, Masallı, İsmayıllı, Ağdam rayonlarında yaradılmış qadın inkişaf qrupları, yerlərdə biznes imkanları barədə danışıblar.
Qeyd edək ki, Azərbaycanda kənd yerlərində qadın inkişaf qrupları Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində yaradılır. İlk qrup bu ilin martında Masallı rayonunun Çaxırlı kəndində yaradılıb, hazırda 7 qadın qrupu fəaliyyətə başlayıb və bu qrupların sayı artmaqdadır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info