Azərbaycan İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalı tərəfindən  mükafata layiq görülüb
Tarix: 08.06.2018 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


İyunun 7-də Madrid şəhərində İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalının sayca 28-ci mükafatlandırma mərasimi keçirilib.
Azərbaycanın İspaniyadakı səfirliyindən  bildiriblər ki, tədbirdə bu ölkənin dövlət rəsmiləri, müxtəlif nüfuzlu beynəlxalq və yerli şirkətlərin təmsilçiləri, ictimaiyyət, nüfuzlu yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Mərasimdə ölkəmizi Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri, habelə Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov təmsil edib.
“Azərbaycan əlverişli coğrafi mövqeyi, tarixi-mədəni irsi, gözoxşayan təbiəti, təkrarolunmaz arxitekturası və təbii sərvətləri ilə turist axınını özünə cəlb edib və ölkədə təhlükəsizliyin təmin edilməsi, əlverişli əmək bazarı və turizm sektorunun inkişafı üçün münbit şərait yaradılması ilə regionun turizm mərkəzinə çevrilib”. Məhz sadalanan bu səbəblərdən “Ejecutivos” jurnalı tərəfindən ölkəmizin beynəlxalq turizm məkanı mükafatına layiq görüldüyü elan edilib.
Sözügedən mükafatı ölkəmiz adından qəbul edən səfir A.Məhərrəmov, mükafata görə “Ejecutivos” jurnalının rəhbərliyinə təşəkkür edərək, ölkəmizin beynəlxalq turizm məkanı mükafatına layiq görülməsinin bir daha Azərbaycan Respublikasında turizm sektoruna göstərilən dövlət qayğısından xəbər verdiyini qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycan Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlığı genişləndirərək, turizmin inkişafında əhəmiyyətli irəliləyişlərə nail olub və bu yalnız ölkədə deyil, ümumilikdə dünyada turizmin davamlı inkişafına önəmli töhfə verib.
Mükafatlandırma mərasimində “Ejecutivos” jurnalının 2018-ci il may ayı buraxılışının təqdimatı da keçirilib. Sözügedən buraxılışda Azərbaycanın beynəlxalq turizm məkanı mükafatına layiq görülməsi ilə əlaqədar, ölkəmizdə turizmin inkişafı meyilini özündə əks etdirən məqalə dərc olunub. Məqalədə ölkədə iqtisadiyyatın şaxələndirilməsi kontekstində turizmin prioritet sahələrdən birinə çevrildiyi, Azərbaycanda son illərdə turizm sahəsində sürətli inkişafa nail olunduğu, bir çox turizm-istirahət komplekslərinin yaradıldığı qeyd olunub. Həmçinin turistlərin cəlb olunması baxımından Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının 2017-2018-ci illər mövsümündə İspaniyanın “Atletiko Madrid” klubu ilə qarşılaşmasına toxunularaq, Azərbaycanın gözəl guşələrindən olan Qarabağın hazırda erməni işğalı altında olduğu diqqətə çatdırılıb. Məqalədə son illərdə ölkəmizdə beynəlxalq humanitar, mədəniyyət, idman və digər sahələrdə uğurla həyata keçirilmiş tədbirlərlə bağlı məlumat da əks olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info