Sosial şəbəkələrdə müxalifətin izləyiciləri azalıb
Tarix: 08.06.2018 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Araşdırmalar göstərir ki, müxalifətin sosial şəbəkələrdəki fəaliyyətinə ictimaiyyətin marağı yoxdur

İlin əvvəlində sosial şəbəkələrin “qəhrəmanlarına” çevrilmiş xaricdə yaşayan bir qrup mühacir artıq əvvəlki kimi aktyorluqlar edə, fəaliyyət göstərə bilmirlər. Onsuz da mətbuat olaraq daim yazırdıq ki, seçkidən-seçkiyə aktivləşən müxalifət partiyalarının və bu xaricdə formalaşan yeni qrupların fəaliyyətlərində qaranlıq məqamlar çoxdur. Bu, ayrıca mövzunun söhbətidir. Amma indi diqqət çəkən əsas amil odur ki, siyasi savadı, danışıq qabiliyyəti belə, olmayan bu tüfeyli gənclər yalnız sosial şəbəkələrin verdiyi imkanlardan yararlanmaqla, küçələrdə təhqir dolu videolar çəkir, seçkilərdən istifadə edib dövlət və dövlətçilik əleyhinə olan siyasi debatlar, videoçarxlar hazırlayırdılar. Təbii ki, Azərbaycanda hər zaman olduğu kimi, bu il də prezident seçkiləri cəmiyyətin diqqətində idi, insanlar siyasi proseslərlə bağlı istənilən paylaşımlara, xəbərlərə reaksiya verib, izləyirdilər. Bu səbəbdən də bu söyüşcül gənclərin paylaşımları bəzi insanlar tərəfindən izlənilirdi. Həm də sosiallıq elə bir imkanlar yaradır ki, sosial şəbəkələrə daxil olan biri istəməsə belə, bu cür neqativ paylaşımlara, baxmaq istəmədiyi xəbərlərə rast gəlir…
Bəs indi vəziyyət necədir? İndi, əlbəttə ki, həmin müxalif qrupların paylaşımlarına ciddi reaksiyalar verilmir. Bunun üçün sadə bir misalı göstərmək istərdik. Hollandiyada siyasi sığınacaq alaraq yaşayan keçmiş səfirlik əməkdaşı Nahid Cəfərovun son videogörüntülərindən birində maraqlı bir məqamın şahidi olduq. Belə ki, müşahidələrimizdən belə bəlli olur ki, “Bizi bütün xalq, yüz minlər izləyir” deyən bu gənclərin fəaliyyətinə olan maraq əslində aybaay daha da azalır. Misal üçün, bu ayın 2-də Nahid Cəfərovun “YouTube”-də yerləşdirilən videosuna ayın 7-nə kimi cəmi 500 nəfər baxış sayı olub... Hətta iş o yerə çatıb ki, Nahid Cəfərov son videolarından birində dönə-dönə sosial şəbəkə izləyicilərinə çağırış edir ki, istifadəçilər onun videolarını çox paylaşsınlar. Niyə? Əgər sən özünə və səni izləyənlərə güvənirsənsə, arxayınsansa ki, onların sayı çoxdur, izləyicilərinin sayının artmasına ehtiyac yoxdur, niyə belə çağırışlar edəsən ki? Deməli, bu adamların danışdıqları nağıllar artıq insanlarda qıcıq doğurur və əvvəllər “cəsarətli” olduqlarını göstərmək üçün təhqir dolu siyasi videoçarxlar hazırlayan bu gənclərin fəaliyyəti, artıq çox az bir qisim üçün maraqlıdır. Yeri gəlmişkən, Nahid Cəfərovla bağlı təhlükəli və həyəcan təbili çalan bir məqamı da müşahidə etdik. Onun profilinə nəzər saldıqda diqqətimizi çəkən bir status oldu ki, burada da “qəhrəman” Azərbaycanda gizli qrup yaratdığını, adının isə “İka” olduğunu yazıb. Bu ad seçimi lap agent yetişdirməkdən bəhs edən “Ləqəbi İka” adlı filmi xatırlatdı... Doğrudan da, agentlərə xas şəkildə fəaliyyət göstərib, “Oyan” adlı hərəkat yaratdığını deyən, Avropadan çox rahat şəkildə sığınacaq almış şəxsin məqsəd və məramı qaranlıq olaraq qalır. Sual yaranır-xaricdə oturub sosial şəbəkələr vasitəsilə bəzi həyat təcrübəsi olmayan gənclərin beynini doldurmaqla, gizli qruplaşmalar, təşkilatlar yaratmaqla nəyə nail olacaqsınız? Ümumiyyətlə, belə gizliliklərə nə ehtiyac vardı axı? Bəyəm Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları, təşkilatlar aşkar fəaliyyət göstərmirlərmi? Onlar niyə gizli qruplar və s. yaratmırlar? Demokratiyadan dəm vuran bu adam doğrudanmı anlamır ki, demokratiyanın əsas məğzindən biri də budur ki, gizli heç nə olmamalıdır, hər şey aşkarda xalqa bəlli olmalıdır. İndiki halda isə xaricdən maliyyələşərək yaradılan bu gizli qruplar, fəaliyyətlər özündə ciddi təhlükələr gizlədir.
Doğrudan da, gah Amerikada, gah da Avropanın müxtəlif şəhərlərində peyda olub, qışqır-bağırla, ayrı-ayrı fotolarla aksiyalar keçirən bu qruplardan artıq səs-soraq yoxdur. Onlar indi ara-sıra video debatlarla canlı yayıma çıxırlar və fəaliyyətlərinin qüruba doğru getdiyini özləri də anlayırlar. Bəs nə oldu? “Tezliklə gəlirik”, “Bizim qarşımızı kimsə ala bilməyəcək”, “Azərbaycanda çevriliş edəcəyik” və s. kimi boğazdan yuxarı fikirlər, şüarlar səsləndirənlər indi sosial xarakterli problemlərin paylaşılması ilə məşğuldurlar. Bu paylaşmaları da “like” edənlər get-gedə azalır.
Azərbaycanda olan ağır qəzalardan tutmuş, adi sosial-məişət xarakterli kriminal hadisələrəcən bütün xəbərləri paylaşıb, hakimiyyəti hər şeydə günahkar çıxarmaq ancaq gerizəkalı zehniyyətin işi ola bilərdi ki, bunu da bu qrup edir. Bu adamlar anlamırlar ki, kriminal hadisələr, təbii fəlakətlər inkişaf etmiş ölkələrdə də baş verir, bundan istifadə edib insanların düşüncəsinə, beyninə təsir etmək isə yalnız bizim müxalifətin ağlına gələ bilərdi.
Məhz “like”ların azlığına görə, bugünlərdə Qurban Məmmədov təklif etdi ki, onun paylaşımlarını, canlı bağlantılarını, videolarını Qənimət Zahidin “Turan” TV-si paylaşsın. Yəni, loru dildə desək, bu ,“insanlar artıq bizi az izləyirlər, gəlin bir-birimizə kömək edək, qarşılıqlı paylaşımlar edək ki, bəlkə oxucu, izləyici sayı artdı” demək idi. Qənimət Zahid də yaxşı cavab verib: “Get, özün-özünlə əməkdaşlıq et!”.
Müxalifətin son bir neçə ildə özünə “xaç atası” seçdiyi Cəmil Həsənlinin də fəaliyyəti artıq izlənilmir. Təsəvvür edin ki, bir zamanlar prezidentliyə iddialı olan bu adamın profilinə nəzər saldıqda statuslarına cəmi 100-150 bəyənmənin gəlməsini gördük… Bəs haradadır o dediyinizi yüz minlərlə kütlə? Necə ki, meydanlara, mitinqlərə yalandan 20 min adam “toplaşmışdı”, deyirdiniz, eləcə də sosial şəbəkələrdə sizi dəstəkləyənlərin də sayını şişirdirdiniz. İndiki halda, bu adamların sadəcə bir məqsədi var- sosial şəbəkələr üzərindən öz aktivliklərini saxlasınlar, yenidən hansısa seçki ilində və ya siyasi olaylar zamanı xaricdən verilən tapşırıqları yerinə yetirsinlər. Həm yeniləri, xaricdə formalaşan müxalif qrupları, həm də köhnələri eyni məqsəd, məqam birləşdirir-gündəmdə qalıb xaricdəki havadarlarının daha çox diqqətini çəkmək... “Azərbaycanda əsas müxalif güc bizik” görüntüsünü yaratmaq! Amma görünən odur ki, ikisi birə dəyməz, biri də heçə. Xalq nəinki bu adamları meydanda, heç sosial şəbəkələrdə də dəstəkləmir…
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info