BİTKol tədris və idarəetmənin təşkilinə görə II yerə layiq görülüb 
Tarix: 08.06.2018 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) təhsil ekspertləri Nadir İsrafilov, professor Şahlar Əsgərov, fəlsəfə doktoru Etibar Əliyev, "Mektebgushesi.az” portalının təsisçisi və baş redaktoru Məzahir Məmmədlinin iştirakı ilə görüş keçirilib. Görüşdə məqsəd "Mektebgushesi.az” portalında 20 aprel 2018 - 30 may 2018-ci il tarixlərində kolleclər arasında keçirilən "Hansı kollecdə tədris və idarəetmə sizi qane edir” sorğusunun əhəmiyyətini diqqətə çatdırmaq, həmçinin sorğunun nəticələrini elan etmək olub.
 Tədbiri giriş sözü ilə kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Faiq Şahbazlı açaraq, rəhbərlik etdiyi təhsil müəssisəsi barədə qonaqlara ətraflı məlumat verib. Təhsil müəssisəsində hazırda 19 ixtisas üzrə kadr hazırlandığını dilə gətirən direktor təəssüflə vurğulayıb ki, ötən il 5 ixtisas üzrə kollecə qəbul dayandırılıb. O, təhsil müəssisəsində 1582 tələbənin təhsil aldığını, 150 müəllimin, 133 nəfər tədris köməkçi heyətin çalışdığını bildirib. Qeyd edib ki,  hazırda kollecdə yaz imtahan sessiyasına başlanılıb. Onun sözlərinə görə, kollecin bütün müəllim heyəti ümumilikdə imtahan prosesinin şəffaf, demokratik, obyektiv, ədalətli keçirilməsi üçün səfərbər olunublar.
 "Mektebgushesi.az” portalının təsisçisi və baş redaktoru M.Məmmədli keçirilən sorğu barədə daha geniş məlumat verərək bildirib ki, ali məktəblər arasında indiyə qədər bir neçə bu tipli sorğular keçirilib. Lakin orta ixtisas təhsil müəssisələri arasında ilk dəfədir ki, belə sorğu keçirilib. M.Məmmədli sorğunun 37 kollec arasında keçirildiyini diqqətə çatdırıb.
 Təhsil eksperti N.İsrafilov kolleclər arasında keçirilən sorğunun ideyasının "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan, "İctimai iştirakçılıq haqqında qanun”dan, təhsildə dövlət siyasətinin prinsiplərindən qaynaqlandığını söyləyib. Bildirib ki, təhsildə dövlət siyasətinin əsas prinsipləri humanistləşmə, demokratikləşmə, şəffaflıq, aşkarlıq və sairdən ibarətdir. O, təhsillə bağlı Milli Məclisdə qəbul edilən qanundan, Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlardan, həyata keçirilən islahatlardan geniş söhbət açıb.
 Tədbirdə təhsil ekspertləri professor Ş.Əsgərov, fəlsəfə doktoru E.Əliyev, həmçinin kollecin müəllimlərindən Rafiq Salahov, Məhbubə Qurbanova, Gültəkin Zeynalova çıxış edərək öz fikirlərini bölüşüblər. Bununla yanaşı, tələbələri maraqlandıran suallar ekspertlər tərəfindən ətraflı cavablandırılıb.
 Sonda təhsil eksperti Ş.Əsgərov "Hansı kollecdə tədris və idarəetmə sizi qane edir” sorğusunun nəticələrinə görə II yeri tutan BİTKol-un diplomunu kollecin direktoru F.Şahbazlıya təqdim edib. Direktor bu mükafatı ümumilikdə kollecin fəaliyyətinə, müəllim əməyinə verilən qiymət kimi səciyyələndirib. 
 




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info