“Marş İrəli” layihəsinin seçim mərhələsi başa çatıb
Tarix: 08.06.2018 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar olaraq “İrəli” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin(GİN) maliyyə dəstəyi ilə “Marş İrəli” layihəsini həyata keçirir. Layihəyə iştirakçı seçimləri artıq başa çatıb. Bu haqda təşkilatın mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, ölkədə hər zaman vətənpərvərlik şüarı ilklərdən olub. Azərbaycan gənci güclü vətənpərvərlik ruhu ilə yetişir. Bütün bunları nəzərə alaraq “İrəli” İctimai Birliyi “Marş İrəli” layihəsini həyata keçirtməyi qərara alıb. Layihənin əsas məqsədi gənclərdə fiziki davamlılığın artırılması, hərbi xidmətə həvəsləndirmə, ölkə maraqlarının qorunmasında aktiv iştirakı, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqla ölkə gənclər siyasətinə töhfə verməkdən ibarətdir.
“MARŞ İRƏLİ” - ölkə gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində vətənə sədaqət məfkurəsinin genişləndirilməsinə yönələn müxtəlif növ aktiv idman və maarifləndirici təlim sessiyalarından ibarət kompleks tədbirləri özündə ehtiva edən layihədir. Layihədə gender bərabərliyi qorunmaqla 18-20 yaş aralığında 100 nəfər iştirak haqqı qazanıb. Bu gənclər layihədə iştirak əsnasında aktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlaçacaq, fiziki dözümlülüyü artacaq, keçirilən motivasiya xarakterli görüşlər, seminarlarda, simulyasiya oyunlarında mənəvi olaraq möhkəmlənəcəkdir.
Vətənə xidmət yalnız səngərdə xidmət etməkdən ibarət deyil. Məhz bu səbəbdən ali təhsil müəssisələrinin ilkin pillələrində təhsil alan gənclərin, o cümlədən, xanım iştirakçıların da layihəyə cəlb edilməsi prioritet olaraq götürülüb. Bu gün, ölkəsini beynəlxalq arenada təmsil edən, ölkə maraqlarını qoruya bilən, təhsilini uğurla başa vurub ölkənin potensial insan kapitalına çevrilən hər bir şəxs cinsiyyətindən asılı olmayaraq vətəninə sədaqətlə xidmət etmiş hesab olunur. Məhz bu timsalda olan gənclərin hərtərərfli formalaşdırılması və xidmətə hazırlanması da layihənin hədəf məqsədlərindən biridir.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info