Ermənilər katolikosun istefasını tələb edirlər
Tarix: 08.06.2018 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Çərşənbə günü İrəvanda qeyri-adi bir etiraz mitinqi keçirilib. Maraqlıdır ki, erməni etirazçılar nə baş naziri, nə prezidenti, nə də yeni seçilmiş nazirlərdən birinin istefasını tələb edirlər. Onların bu dəfəki tələbi bütün ermənilərin katolikosu II Gareginin istefasıdır.
Qeyd edək ki, "katolikosun istefası" ifadəsi, və ya bu tələbin özü artıq müəyyən bir dərəcədə idrak dissonansı yaradır.

Belə ki, kilsədə verilən hər hansı bir dərəcə dünyəvi məmurlara verilən təriflərə düşmür, yəni onun vəzifədən çıxarılması mülki prosedurlara uyğun olaraq baş verə bilməz. Əlbəttə ki, dövlətin kilsədən ayrı olduğu ölkədə bu, belədir... Rəsmi sənədlərdə də Ermənistanda kilsənin dövlətdən ayrı olduğu göstərilir.
Təbii ki, "katolikosun istefası" ilə bağlı yazı verən erməni saytları , dini etiqadların qısqanc bir keşikçisi kimi təqdim etdikləri bütün ermənilərin katolikosunun tənqidi ilə bağlı mənəvi məsuliyyət daşıdıqlarını etiraf etsələr də, hələ ki, II Gareginin istefası ilə bağlı çağırışların kökünə varmağa o qədər də cəhd etmirlər.
Maraqlıdır ki, Ermənistan Apostol Kilsəsinin gələcəyi ilə bağlı narahatlıq nümayiş etdirən erməni baş nazir Nikol Paşinyan da katalikosun müdafiəçisi kimi çıxış edib.
İndiki Katolikosun nə müdafiəçisi, nə də ki, əleyhdarı kimi çıxış etmədiyini, obyektivliyini qoruduğunu vəd edən «Sputnik-Armeniya» saytı II Gareginə xitabən yazır: «Bizim vəziyyətimizdə obyektivizm, I Vazgendən sonra, əlbəttə ki, bu taxta oturmaq və eyni zamanda bütün millətin mənəvi pastoru olmaq kimi, görünmək çətindir». Bununla belə, saytı təəccübləndirən başqa məqamlar da var. Sayt özü də nümayişə çıxanların kilsə ilə əlaqəsi olmadıqlarını və birdən -birə katolikosun ən ciddi tənqidçilərinə çevrildiklərini müəmma kimi dəyərləndirir.
«Əgər Ermənistanda, doğrudan da, kilsə dövlətdən ayrılıbsa, o zaman onun maliyyə, daşınmaz əmlak, təsir, nüfuz, ümumiyyətlə, hər şeyi necə əldə etdiyinə niyə diqqət yetirilir?”-deyə sayt yazır.
Saytın yazdığına görə, mövcud Katolikos haqqında bu gün Ermənistanda müxtəlif, hətta dinlə əlaqəsi olmayan fikirlər belə səsləndirilir:” Əgər bu deyilənlər həqiqətə əsaslanırsa, Katolikos da Ermənistan Respublikasının hər hansı bir vətəndaşı kimi, bu ölkənin cinayət, vergi, inzibati və digər qurumlarına hesabat verməli və məsuliyyət daşımalıdır. O. bu məsuliyyəti daşıyırmı? Belə görünür ki, o qədər də yox. Və əgər o, dövlətdən ayrılıbsa, onun tələbi yalnız kilsə işlərinə aid ola bilər”.

II Gareginə əsas ittihamlar aşağıdakılardan ibarətdir: katalikos işçilərə söyüşlə müraciət edir və bizneslə məşğuldur.Ən əsası isə 2008-ci il hadisələri zamanı mitinqçilərin güllələnməsində onun da razılığı olub

Qeyd edək ki, erməni kilsəsi rəhbərinə qarşı çıxışlara münasibət bildirən kilsənin mətbuat bürosunun rəhbəri, keşiş Baqram Melikyan «Facebook» səhifəsində katolikosun etirazçılarla görüşməyə hazır olduğunu bildirib. Melikyanın bildirdiyinə görə, görüş zamanı etirazçılar şikayət və suallarını katolikosun özünə təqdim etmək imkanı əldə edə bilərlər.
Ötən gün isə katolikosun istefasını tələb edən fəallarla görüşdən sonra yepiskop Arşak Xaçatryan bütün ermənilərin katolikosu II Gareginin öz dini dərəcəsindən imtina etməyəcəyi barədə mətbuata məlumat verib.
Ermənilərin «ArmenianReport» saytı Xaçatryanın etirazçıların istefa ilə bağlı ultimatumunu anlaşılmaz hesab etsə də, bütün bu yaşantıların arxasında hansısa qaranılq məqamların olduğunu bildirir. Xatırladaq ki, II Gareginə əsas ittihamlar aşağıdakılardan ibarətdir: katalikos işçilərə söyüşlə müraciət edir və bizneslə məşğuldur.Ən əsası isə 2008-ci il hadisələri zamanı mitinqçilərin güllələnməsində onun da razılığı olub.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info