“Azərbaycan Belarusun mühüm strateji tərəfdaşlarındandır”
Tarix: 12.06.2013 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Diplomatik Akademiyasında (ADA) Azərbaycan-Belarus diplomatik münasibətlərinin yaradılmasının 20 illiyinə həsr olunmuş forum keçirilib. Tədbirdə Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak ediblər. Tədbirdə xarici işlər nazirinin müavini, ADA-nın rektoru, akademik Hafiz Paşayev xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışıb. Belarusun xarici işlər naziri Vladimir Makey Azərbaycanın paytaxtında sürətli inkişafa doğru böyük dəyişikliklərin baş verdiyini, Bakının, sözün əsl mənasında, memarlıq incisi və dünyanın ən gözəl şəhərlərindən biri olduğunu vurğulayıb. Ölkəsinin Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verdiyini qeyd edən nazir deyib ki, Azərbaycan Belarusun mühüm strateji tərəfdaşlarındandır. Bakıya səfərinin ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyi ilə üst-üstə düşdüyünü söyləyən V.Makey bu münasibətlə Azərbaycan və Belarus xalqlarını təbrik edib, iki ölkə arasında əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iki ölkə arasında münasibətlərin dərin köklərə bağlı olduğunu, Azərbaycan-Belarus əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə sürətlə inkişaf etdiyini bildirib. Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç 20 ildə qazanılmış uğurların qorunub saxlanmasının və daha da artırılmasının iki ölkənin qarşısında duran mühüm vəzifələrdən olduğunu bildirib. Tədbirdə, həmçinin iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasına həsr olunmuş poçt markasının təqdimat mərasimi keçirilib.




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Rusiyada sərnişin təyyarəsi qəza enişi edib, ölənlər və yaralananlar var
27.06.2019
Putin İnquşetiyanın yeni rəhbərini təyin edib
26.06.2019
Gürcü larisi tarixi minimumu yenilədi
26.06.2019
Rusiyaya tətbiq olunan sanksiyalar alman şirkətlərini müflis etdi
26.06.2019
Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info