Nazirlər Kabinetinin geniş iclası keçirilib
Tarix: 09.06.2018 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Baş nazir Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair geniş iclas keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, iclasın gündəliyinə Azərbaycan Respublikasının “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişi”ndən irəli gələn öhdəliklər və bu öhdəliklərin yerinə yetirilməsi üzrə aidiyyəti dövlət qurumlarının qarşısında duran vəzifələr haqqında, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının yeni qanununun layihəsi barədə və idxalı əvəz edən rəqabətqabiliyyətli məhsul istehsalının təşviqi və dəstəklənməsi ilə bağlı verilmiş təkliflərə dair məsələlər daxil edilib. Müzakirəyə çıxarılan məsələlər üzrə aidiyyatı qurumların rəhbərlərinin məruzələri dinlənildikdən sonra hər üç mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda gündəlikdə duran məsələlərə dair müvafiq qərarlar qəbul edilib. İclasa yekun vuran Baş nazir Novruz Məmmədov qarşıda duran vəzifələrin icrası ilə bağlı Nazirlər Kabinetinin müvafiq qurumlarına tapşırıqlar verib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info