“Sən böyük bir sənətkar idin, amma adi bir baş nazir oldun“
Tarix: 09.06.2018 | Saat: 21:12:00 | E-mail | Çapa göndər



Bəzən məcazi və alleqorik ifadələr siyasi qüvvələrin niyyətlərini onların danışıq və proqramlardan daha dəqiq təsvir edir. Dedikləriməzə nümunə kimi, Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyanın erməni baş nazir Nikol Paşinyana xitabən dediyi "sən böyük bir sənətkar idin, amma adi bir baş nazir oldun" sözlərini göstərmək olar.
Ermənistanda hökumət proqramının müzakirəsi zamanı səsləndirilən bu fikirlər, təbii ki, erməni Aşotyna deyil, ötən əsrin əvvəllərində Fransanın baş naziri olmuş Jorj Klemansa aid olsa da, bu Ermənistanın hazırkı vəziyətini ortaya qoyur. Maraqlıdır ki, bunu son günlər erməni saytlarında yer alan yazılar da etiraf edirlər. Hakimiyyətə gələrkən (bunu gətirilərkən kimi də ifadə etmək olar) xalqa böyük ümidlər verən Paşinyanın bugünkü fəaliyyətini indi çoxları bleflə məşğulluq kimi dəyərləndirirlər. Onun xalqa verdiyi vədlər də artıq fiaskoya uğramaqdadır. Maraqlıdır ki, artıq Paşinyanın təyin etdiyi yeni nazirlərə qarşı da ermənilər tərəfindən inamsızlıq, etimadsızlıq özünü büruzə verməkdədir. Belıliklə, ermənilərin “ArmenianReport” saytı yazır ki, Sarkisyan rejiminə son qoyan məxməri inqilab, belə görünür ki, Ermənistan Müdafiə Nazirliyi ilə "Qarabağ Müdafiə Ordusu"nun əlaqələndirilməsinə də ciddi zərbə vurub. Sayt əsas kimi, Ermənistanın yeni müdafiə naziri David Tonyanla, qondarma “Dağlıq Qarabag Respublikası”nın mətbuat katibi David Babayanın Azərbaycan Ordusunun son fəaliyyətləri ilə bağlı verdikləri açıqlamaları göstərir.
Belə ki, bir müddət bundan əvvəl parlamentdə jurnalistlərin suallarını cavablandıran David Tonoyan sərhədlərdəki vəziyyətin nəzarət altında olduğunu bildirmişdi.
Lakin, Tonoyandan fərqli olaraq, David Babayan Azərbaycan tərəfinin bu ilin aprelindən başlayaraq təmas xəttində bir neçə hərbi hissə yaratdığı barədə hay-həşir qaldırıb. Bunların hansının yalan danışdığı barədə sual qaldıran sayt sualını özü də cavablandırır:-həm Tonoyan, həm də Babayan. “Gəlin əvvəl, Babayandan başlayaq. Babayan artıq oturduğu kreslondan məhrum olacağını anlayıb. Ona görə də, verdiyi xəbrlərin onun üçün o qədər də əhəmiyyəti yoxdur. Bunula o vəzifəli günlərinin ömrünü uzatmağa calışır. Qarabagda hakimiyyətə oturanların çoxu kimi, Babayan da xalqın bu hakimiyyətdən bezdiyini, artıq belə yaşamaq istəmədiklərini yaxşı anlayır. Buna görə də onlar neçə illərdir ki, hərbi şəraitdə yaşayan insanların hakimiyyətə qarşı çıxışlardan yayındırmağın yeganə yolunu onları məhz müharibə ilə qorxutmaqda görürlər. Bunu David Babayan da yaxşı anlayır. Ona görə də yalan danışmağa məhkumdur.
Tonoyan barədə danışan sayt, “həqiqətən də, əgər Qarabağdakı təmas xəttində nisbətən sakit bir vəziyyət yaşanırsa, Ermənistanın Naxçıvana doğru hissəsi barədə bunu söyləmək olmaz”-deyə
bildirir. Sayt Azərbaycan Ordusunun Naxçıvan istiqamətində 11 min hektardan artıq ərazini işğaldan azad etdiyini etiraf edir.
Əlbəttə, bütün bunların başlanğıc oldugunu sayta xatırlatmağa lüzum olmasa da, “böyük bir sənətkardan adi bir baş nazirə cevrilən Paşinyana, onu hakimiyyətə gətirənlərə xatırlatmağa dəyər. Belə ki, onların hakimiyyətə gəlmək üçün verdikləri yalanın nəticəsi Ermənistan və erməni xalqı üçün çox acınacaqlı ola bilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info