“Libraff“ın Bakıda ən böyük mağazası açılıb
Tarix: 09.06.2018 | Saat: 22:36:00 | E-mail | Çapa göndər






"Libraff" kitab mağazaları şəbəkəsinin Bakıda ən böyük mağazası açılıb. Burada həm kitab ala bilərsiniz, həm də istədiyiniz kitabı götürüb oxuya bilərsiniz".
APA TV-nin xəbərinə görə, Bakıda “Libraff Park Akademiya” kitab mağazasının açılışı və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi münasibətilə nəşr etdirdiyi kitabların sərgisi keçirilib.
Tədbirdə Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov, mədəniyyət nazirinin müavini Vaqif Əliyev, xalq yazıçısı Çingiz Abdullayev, millət vəkilləri , ictimai xadimlər, elm və ədəbiyyat adamları iştirak edib
Cəmiyyətin sədri Tale Heydərov jurnalistlərə açıqlamasında “TEAS Press”in və Libraff" kitab mağazaları şəbəkəsinin yaranmasından danışıb.
"İdeyanın ortaya çıxmasının səbəbi var. Biz gördük Azərbaycanda kitab mütaliəsi ilə bağlı müəyyən çözülməmiş məsələlər var. Oxucuların mütaliə etməsi üçün kifayət qədər məkan yoxdur. Qərara aldıq ki, dünya standartlarına uyğun kitab mağazaları açılsın. Hər bir oxucu üçün seçim olsun. Azərbaycan, türk, rus, ingilis və digər dillərdə oxucular üçün gözəl kitablar olsun. Bu məqsədlə biz bu layihəyə start verdik"
Tale Heydərov "Libraff" kitab mağazaları şəbəkəsi ilə bağlı planlarını açıqlayıb:
"Artıq bizim 6 kitab mağazamız var. Planlarımızda Azərbaycanın böyük şəhərlərində yeni "Libraff" mağazalarının açılması var. Eyni zamanda ümid edirik ki, gələcəkdə Azərbaycanın hüdudlarından kənarda da "Libraff" mağazaları açılacaq".
Tədbiri açıq elan edən “LİBRAFF” kitab mağazaları şəbəkəsinin piar və marketinq direktoru Ülviyyə Allahverdiyeva açılış mərasiminə gələn qonaqlara təşəkkür edib və çıxış üçün sözü Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərova verib:
"Açılışı keçirilən bu mağaza “Libraff"ın Azərbaycandakı ən böyük kitab mağazasıdır. “Libraff” mağazaları Bakının müxtəlif görkəmli yerlərində, hava limanında və Gəncədə oxucuların ixtiyarına verilib. Kitab satışı ilə bərabər, Azərbaycanda ədəbiyyatın və mütaliənin inkişaf etdirilməsi bizim layihənin əsas missiyalarından biridir. Oxucular buradan yalnız kitab almayacaqlar, eyni zamanda burada mütaliə etmək şansı əldə edəcəklər. Bura kitab mağazası olmaqla bərabər, həm də kitabxana kimi fəaliyyət göstərəcək. Bu layihə ilə Azərbaycanda kitab ticarətinin inkişafını da qarşımıza məqsəd qoymuşuq. İnanırıq ki, bura oxucuların ən sevimli kitab mərkəzlərinin birinə çevriləcək”.
TEAS sədri deyib ki, “TEAS Press” Nəşrlər Evinin fəaliyyəti "Libraff" kitab mağazaları şəbəkəsinin yaradılmasında böyük rol oynayıb:
“Artıq bizim müxtəlif brendlər - “Teas Press”, “3 alma” və “Yay” brendləri oxucular arasında böyük rəğbət qazanıb. Bu brendlər təkcə Azərbaycanda deyil, ölkədən kənarlarda da rəğbət qazanır. Artıq fəxrlə deyə bilərik ki, “TEAS Press” Türkiyədə ilk onluğa daxil olub".
TEAS sədri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar müxtəlif kitabların təqdimatını təşkil etdiklərini də qeyd edib:
"Bildiyiniz kimi, cənab prezident İlham Əliyev 2018-ci ili Azərbaycanda "Cümhuriyyət ili elan edib, bununla bağlı müvafiq sərəncam imzalayıb. Bu il Cümhuriyyətlə bağlı müxtəlif tədbirlər keçirilməkdədir. Bu tədbirlərə Avropa Azərbaycan Cəmiyyəti olaraq biz də qoşulmuşuq, müxtəlif kitabların çapına start vermişik. Bunlardan ən böyüyü ilk dəfə Türkiyə arxivlərinə və mətbuatına əsaslanaraq hazırlanmış, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı dörd cildlik kitabdır. Bundan əlavə, 1923-1927-ci illəri əhatə edən, Məhəmməd Əmin Rəsulzadənin başçılığı və redaktorluğu ilə nəşr olunmuş dörd cildlik “Yeni Kafkasiya” dərgisini də toplu formasında çap etmişik”.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Vaqif Əliyev “Libraff” kitab mağazasının açılışını yüksək qiymətləndirib, bu addımın Azərbaycan ədəbiyyatı və oxucular üçün böyük töhfə olduğunu deyib:
“Mədəniyyət Nazirliyi adından belə gözəl kitab mağazasını bizə bəxş edən insanları və oxucuları təbrik edirəm, mağazanın işinə uğurlar arzulayıram. “Libraff” kitab mağazası çox gözəl zamanda açılıb, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqəli tədbirlər çərçivəsində fəaliyyətə başlayıb. Mən hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları bu gün burada olsaydılar, bütün standartlara cavab verən belə bir kitab mağazanın açılışı ilə qürur duyardılar".
Xalq yazıçısı Çingiz Abdullayev isə “Libraff” kitab mağazasının açılmasını ədəbiyyat adamları, yazıçılar və oxucular üçün əlamətdar hadisə kimi dəyərləndirib.
“Uşaqlarımız kitab oxumasa, gələcəyimiz olmayacaq. Bizim siyasətimiz, bizim iqtisadiyyatımız, ordumuz, Qarabağ məsələmiz, hamısı bundan başlayır. Mən hələ neçə il əvvəl inanırdım ki, gec-tez Bakıda bu cür gözəl kitab mağazaları açılacaq.
İnsanlar uşaqlıqdan kitab oxuyarsa, belə də gedəcək. Ona görə mağazanı yaradanlara "çox sağ ol" deyirəm. Mən sizi, bizi, hamımızı təbrik edirəm. Nə qədər çox belə mədəniyyət ocaqları olacaq, o qədər də bizim xalqımız inkişaf edəcək"
“TEAS Press” Nəşriyyatının Azərbaycanşünaslıq bölməsinin rəhbəri, professor Kərim Şükürov deyib ki, “Libraff” kitab satışı şəbəkəsinin açılışı nəinki paytaxt Bakının, eləcə də respublikanın sosial-mədəni həyatında ən mühüm hadisələrdən biridir. O, “TEAS Press” Nəşriyyatının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə çap etdiyi kitablar haqqında ətraflı məlumat verib.
"Qafqazda erməni məsələsi" adlı kitab buraxmışıq. Əgər siz internetdə axtarış versəniz görərsiniz ki, dünya ermənilərinin akademik hissəsində çox böyük narahatlıq yaradıb. Tərəfimizdən Xalq Cümhuriyyəti tarixinin müxtəlif dövrlərinə, siyasi həyatına dair layihələr həyata keçirilib. Uzun müddətli tədqiqat nəticəsində biz Osmanlı arxivlərindən küllü miqdarda sənədlər aşkar etmişik. Mən deyərdim ki, bu kitablar unikal və fundamental nəşrlərdir".
Millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımov “TEAS Press”in nəşr etdiyi kitabların keyfiyyətindən və kitab nəşrinin Cümhuriyyət yaranmasında rolundan danışıb.
"Bu kitabların nəşri ilə ölkəmizə yeni poliqrafiya mədəniyyəti gətirilib. Bu bizim poliqrafiya işində yeni səhifədir. Biz indiyə qədər nəyə nail olmuşuqsa, ancaq kitabın hesabına nail olmuşuq. Birinci, Cümhuriyyətimizin yolunun təməlində kitab dayanır. Maarifçilik dayanıb, qəzetlər dayanıb, kitablar dayanıb".
Qeyd edək ki, yeni açılan “Libraff Park Akademiya” kitab mağazası Hüseyn Cavid parkının yaxınlığında, metronun "Elmlər Akademiyası" stansiyası ilə üzbəüz binanın birinci mərtəbəsində yerləşir. Mağazada həmçinin "Book Cafe" fəaliyyət göstərir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info