Velosiped idmanı üzrə dünya çempionatının qalibləri mükafatlandırılıb
Tarix: 10.06.2018 | Saat: 04:35:00 | E-mail | Çapa göndər


Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının qaliblərinin mükafatlandırma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, qaliblərə medalları Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq Velosipedçilər İttifaqının BMX komissiyasının və İttifaqın idarə heyətinin üzvü Artur Lopes və qurumun vitse-prezidenti Renato Di Rokko təqdim ediblər.
İlk üç pillədə qərarlaşan idmançılara medallarla yanaşı, qalib idmançıya çempionluq köynəyi verilib.
Mükafatlandırma mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Qeyd edək ki, dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparıb.
Azərbaycan indiyədək Olimpiya idman növü olan güləş, boks və bədii gimnastika üzrə dünya çempionatlarına uğurla ev sahibliyi edib. Velosiped idmanının Olimpiya növü olan BMX üzrə bu mundial isə Azərbaycanda keçirilən sayca dördüncü dünya çempionatıdır.
Çempionatın keçirildiyi BMX stadionu 2014-cü ildə tikilib və burada ilk Avropa Oyunlarının BMX üzrə velosiped yarışları təşkil olunub. 2016-cı ildə isə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) BMX stadionlarının standartlarını dəyişib. Trekin uzunluğu, eni, döngələrin hündürlüyü artırılıb, maneələrin konfiqurasiyası dəyişdirilib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info