Şanxay Əməkdaşlıq Təşkilatının növbəti zirvə görüşü işə başlayıb
Tarix: 10.06.2018 | Saat: 14:07:00 | E-mail | Çapa göndər



Çin Xalq Respublikasının Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti zirvə görüşü işə başlayıb.
AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, zirvə görüşünün açılışında çıxış edən Çin Xalq Respublikasının sədri Si Cinpin üzv ölkələr arasında sabitliyin, təhlükəsizliyin və regional inkişafın təmin edilməsində ŞƏT-in önəmini vurğulayıb.
“Biz ŞƏT-in davamlı və uzunmüddətli inkişafı üçün hər kəslə birlikdə işləməyə hazırıq”, - deyə Si Cinpin bildirib.
Zirvə görüşündə təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları - Çin Xalq Respublikasının sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, habelə təşkilata ötən il qoşulan Pakistanın Prezidenti Məmnun Hüseyn və Hindistanın baş naziri Narendra Modi iştirak edir.
Təşkilatda müşahidəçi statusu olan ölkələrdən İranın, Əfqanıstanın, Monqolustanın və Belarusun prezidentləri də zirvə görüşünə qatılıb.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Makron sükutu pozdu, “Sarı jilet”lər aksiyasının 5-ci aktına çağırış edildi
11.12.2018
Stokholmda Nobel mükafatı laureatlarının təltif edilməsi mərasimi olub
10.12.2018
Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb
09.12.2018
Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1700 nəfəri ötüb
09.12.2018
İngiltərədə 130-a yaxın ictimai kitabxana bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10524

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info