G7 ölkələrinin Liderlər Zirvəsi başa çatıb
Tarix: 10.06.2018 | Saat: 14:09:00 | E-mail | Çapa göndər



Dünyanın ən böyük iqtisadiyyatı olan G7 ölkələrinin Kanadanın Charlevoix bölgəsində keçirilən Liderlər Zirvəsi başa çatıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, zirvənin bağlanışı münasibətilə keçirilən mətbuat konfransında çıxış edən Kanadanın Baş naziri Justin Trudeau bütün liderlərin ortaq bir kommunike qəbul etdiklərini söyləyib.
Sənəddə iqtisadi inkişaf üçün investisiya yatırılmasının vacibliyi vurğulanır, iş və peşə sahələrinə, gender bərabərliyinin və qadınların hüquqlarının qorunmasının və onların fəaliyyətinin dəstəklənməsinə diqqətin artırılacağı bildirilir.
Kommunikedə, həmçinin sülhsevər, dinc və təhlükəsiz dünya qurmaq üçün əməkdaşlığın vacibliyi qeyd olunur, iqlim dəyişikliyi və təmiz enerji məsələlərində birgə əməkdaşlığın önəmi diqqətə çatdırılır.
“RİA Novosti” agentliyinin verdiyi məlumatda isə bildirilir ki, G7 liderləri Rusiyanı sabitliyi pozan hərəkətlərə son qoymağa çağırıb və Moskvanı cavab tədbirləri ilə hədələyiblər. "Biz Rusiyanı sabitliyi pozan davranışları, demokratik sistemləri pozmağı və Suriya rejimini dəstəkləməyi dayandırmağa çağırırıq", - deyə sənəddə qeyd olunur.
Bununla belə, liderlər regional böhranların və öz maraqlarında olan qlobal çağırışların həllində Rusiya ilə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
G7 ölkələrinin növbəti Liderlər Zirvəsi 2019-cu ildə Fransada keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info