“Rusiyanın G-7-yə qayıtması mümkündür”
Tarix: 11.06.2018 | Saat: 06:19:00 | E-mail | Çapa göndər


Dünyada böhranların nizamlanması üçün Qərbin Rusiyaya ehtiyacı var, lakin Rusiyanın G-8 formatına qayıtması Minsk razılaşmalarının yerinə yetirilməsindən asılıdır.
APA-nın məlumatına görə, bunu ARD telekanalına müsahibəsində Almaniyanın kansleri Angela Merkel bəyan edib.
“Mən Rusiyanın qayıdışını təsəvvür edə bilərəm. Lakin əvvəlcə Minsk razılaşmasının yerinə yetirilməsində irəliləyiş baş verməlidir”, deyə A.Merkel qeyd edib.
O həmçinin İtaliyanın Rusiyaya qarşı tətbiq edilən sanksiya rejiminə sadiq qalacağına ümid edib: “Düşünürəm ki, İtaliya bizimlə razıdır və G-7 sammitində səslənən fikirlərə uyğun hərəkət etmək niyyətindədir”.
Bu günlərdə ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya “Böyük yeddiliyə” qayıtmalıdır. O bildirib ki, kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq Rusiya G7-də iştirak etməlidir. İtaliyanın baş naziri Cuzeppe Rossi isə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yenidən nəzərdən keçirilməsinə çalışacağını bildirib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“
20.09.2019
İİTKM-in departament rəhbəri Nicat Hacızadə: Beynəlxalq Valyuta Fondu Azərbaycandakı islahatları müsbət dəyərləndirir
20.09.2019
“Aramco“ zavodlarına hücum dünyaya edilən bir hücumdur“
20.09.2019
“Əsrin müqaviləsi“ müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info