Hirkan Milli Parkında monitorinq aparılıb
Tarix: 11.06.2018 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, həmin institutun herbari və toxumçuluq, efir yağlı bitkilər və dendroxronologiya laboratoriyalarının əməkdaşları Lənkəran-Astara bölgələrində ekspedisiyada olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, alimlər Hirkan Milli Parkının təbii və mədəni dendroflorasının monitorinqini aparıblar. Həmçinin dron vasitəsilə Hirkan florasının geobotaniki təsvirinin 100-400 metr yüksəklikdə çəkilişi aparılıb.
Ekspedisiya zamanı institutun əməkdaşları tərəfindən dərman əhəmiyyətli bitkilərin təbii ehtiyatları təyin edilib. Hirkan Milli Parkında olan çoxillik ağacların yaşını dendroxronoloji tədqiqatlarla təyin etmək məqsədilə nümunələr götürülüb. Ümumilikdə 70 növdən ibarət 450 herbari nümunəsi toplanılıb.
Qeyd edək ki, bu ərazidə dəmir ağac, qızıl ağac, Hirkan qovağı, Hirkan şümşadı, Hirkan ağcaqayını, Hirkan ənciri, Qafqaz xurması və s. növlərin təbii yayılma arealları aşkarlanıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info