Misirdə “Mənim xanımım“ televerlişi Azərbaycana həsr edilib
Tarix: 11.06.2018 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin təşəbbüsü ilə Misirin "Əl-Fədaiyyə əl-Misriyyə" dövlət televiziya kanalında canlı yayımda "Mənim Xanımım" verlişi Azərbaycana həsr edilib. Verlişdə diaspora sədr müavini və Aynu Şəms universitetinin Azərbaycan dili müəlliməsi Sədaqət xanım Səmədova, diaspora fəalı və Əl-Əzhər Universitetinin Azərbaycan dili müəlliməsi İnarə xanım Osmanova və övladları Sandi Səlim və Şeyxəli Nəsirov iştirak ediblər.
Verlişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş ediləndən sonra, iştirakçılar Azərbaycanla Misir arasında tarixi və mədəni əlaqələrindən, Azərbaycanın tarixi, coğrafıyası, mədəniyyəti, Ramazan ayının Azərbaycanda hansı şəkildə qeyd olunması və turizm potensialından geniş söhbət açıblar. Eyni zamandı Azərbaycan mətbəxinin ləziz təamları, milli geyim təqdim olunmuşdur. Və verlişin sonunda uşaqlar “Sarı gəlin” və dahi şairimiz Səməd Vurğunun “Azərbaycan” şerini oxuyub, ərəb dilinə tərcümə ediblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info