Sədərəkdə sərnişin və nəqliyyat vasitələrinin sürətli və asan keçidi təmin olunacaq
Tarix: 11.06.2018 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Naxçıvan Muxtar Respublikasına səfər edib. Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 10-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov Azərbaycanın Türkiyə ilə sərhəddə yerləşən Sədərək Gömrük İdarəsinin gömrük-sərhəd buraxılış məntəqəsində mövcud vəziyyətlə, eləcə də burada aparılan tikinti və yenidənqurma işləri ilə yaxından tanış olublar.
Səfər Mehdiyev gömrük postunda sərhədkeçmə prosesinin sadələşdirilməsi, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli və asan keçidinin təmin olunması barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.
Eyni zamanda, komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsini, gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılan tikinti və yenidənqurma işlərinə, eləcə də lazımi avadanlıqların alınmasına dair Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri və tikinti şirkətinin rəhbərliyi ilə müzakirələr aparıb.




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
“Qala Sığorta” və “Qala Həyat”dan ədliyyə işçilərinə 20%-dək güzəştli sığorta
22.11.2018
İranlıların saxta sənədlərlə Azərbaycan sərhədindən keçmək cəhdinin qarşısı alınıb
22.11.2018
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs 22 dəfə pozulub
22.11.2018
Azərbaycanda turizm polisinin yaradılması təklif edilir
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info