Dövlət Duması: “436:0”
Tarix: 12.06.2013 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


“The İndependent” qəzetinin məlumatına görə, Rusiyada LQBT (geylər cəmiyyəti) fəallarına qarşı hücum edilib və onlar Rusiya parlamentinin binası yaxınlığında həbs olunublar. Qeyd edək ki, deputatların əksəriyyəti aralarında 18 yaşdan az yeniyetmələrin olduğu “gey-təbliğat”ın aparılmasını qadağan edib. “Qeyri-ənənəvi seksual münasibətlərin təbliği”ni qadağan edən qanun layihəsinin lehinə 436 deputat səs verib, əleyhinə isə səs verən olmayıb və yalnız bir nəfər bitərəf qalıb.
Qanun layihəsi parlamentin yuxarı palatasının razılığı və bu təşəbbüsə dəstək olan Vladimir Putinin imzasından sonra qəbul olunacaq. Fəalların sözlərinə görə, bu qanun layihəsi LQBT-nin Rusiyada onsuz da çətin olan vəziyyətini daha da pisləşdirən ən sərt elementdir. Qanunu pozan vətəndaşlar 5 min rubl məbləğində cərimə oluna bilərlər, eyni zamanda təşkilatlar üçün bu cəza bir milyon rubla qədər təşkil edə bilər. Geylərin hüquq bərabərliyini tələb edən əcnəbilər isə həbs ediləcək və dərhal deportasiya olunacaqlar.
Dövlət Dumasının binası ətrafına toplaşmış 20-dən çox fəal yumurta, gicitkənlə silahlanmış pravoslav xristianların hücumuna məruz qalıb. Hələ ki, LQBT hərəkatının nümayəndələri “öpüş etirazı” keçirməyə cəhd ediblər.
Qeyd edək ki, qanun Rusiyanın bir neçə regionunda “homoseksual təbliğat”ı qadağan edən təşəbbüslər əsasında yaradılıb. Terminologiyadakı bəzi sözlərə düzəliş etmək üçün qanun layihəsi ikinci və üçüncü oxunuşa göndərilmişdi. İndi sənəddə deyilir ki, homoseksual əlaqələrin “təbliğatı” anlayışı özündə “uşaqlarda seksual qarşıdurmaların formalaşmasına istiqamətlənən, bu cür münasibətlərin cazibədarlığı, ənənəvi və qeyri-ənənəvi əlaqələrin sosial bərabərliyi ideyasını yayan, bu cür əlaqələrə maraq oyadan informasiyanı birləşdirir.
Rusiyada daha əvvəl də LQBT hüquqlarının müdafiəsi uğrunda keçirilmiş mitinqlər və gey-paradlar qadağan edilmişdi. Əvvəlki Moskva meri isə LQBT-ni “satanistlər üçün yer” də adlandırmışdı. Sorğulara əsasən, rusiyalıların əksəriyyəti hesab edir ki, homoseksuallığı “müalicə etmək” lazımdır. Putin Rusiya qanunlarının geylərə olan münasibətdə diskriminasiyaya yol vermədiyini daha əvvəl bildirsə də, yeni qanun qüvvəyə minərsə, homoseksuallığın normal həyat tərzi olduğu barədə bəyanatlar qeyri-leqal olacaq.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
“Yerevan Today”: Paşinyan nüfuzdan düşüb
23.08.2019
Çeçenistanda Avropanın ən böyük məscidi açıldı
23.08.2019
Paşinyan Qərb üçün uğursuz layihəyə çevrilir
23.08.2019
Ermənistanı hərbi xərclərini artırmağa məcbur edən səbəb
22.08.2019
Levon Şirinyan: “Moskva İrəvanı saymır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info