Erməni yazıçıdan etiraf: “Dağlıq Qarabağ heç zaman ermənilərin olmayıb və olmayacaq”
Tarix: 11.06.2018 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Dağlıq Qarabağ münaqişəsi Ermənistana və ermənilərə heç nə qazandırmayıb. Erməni xalqı bu münaqişənin nəticəsi olaraq yalnız ağır sosial problemlər içərisində qalıb. Ermənistandakı çətin iqtisadi vəziyyət səbəbindən on minlərlə insan evlərini tərk edib və xarici ölkələrə köçüb. Bu gün Yerevanda və başqa şəhərlərdə nə qədər evlərin qapısı bağlı qalıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri erməni əsilli yazıçı, “Literaturnaya Kanada” almanaxının baş redaktoru Vaaqn Karapetyan ermənilərə müraciətində deyib. O bildirib ki, ölkəni tərk edən erməni ailələri bu addımı sadəcə ac qalmamaq üçün atırlar. Artıq ermənilər sabaha ümid etmirlər, uşaqlarının gələcəyini Ermənistanda görmürlər. Erməni siyasətçiləri dərk etməlidirlər ki, Dağlıq Qarabağ heç zaman Ermənistanın olmayıb və olmayacaq. Bu gün Dağlıq Qarabağdakı ermənilər də oranı tərk edirlər. Bundan əvvəl ermənilər deyirdilər ki, onların Dağlıq Qarabağda yaşamalarına azərbaycanlılar imkan vermir, bəs bu gün niyə oranı tərk edirlər? Erməni əsilli ziyalı vurğulayıb ki, Ermənistanın apardığı işğalçı siyasət Dağlıq Qarabağ ermənilərini də aclığa və səfalətə məhkum edib. Əvvəllər azərbaycanlılar və ermənilər Dağlıq Qarabağda mehriban yaşayırdılar. Müharibə nəticəsində heç bir erməni heç nə əldə etməyib. Mənim qohumum David də müharibəyə getdi və cənazəsi gəldi. Erməni siyasi elitası əsassız ərazi iddialarından əl çəkməlidir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info