Əli Kərimli Aprel zəfəri kimi Günnüt zəfərini də qəbul etmir
Tarix: 12.06.2018 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Dünyanın hər yerində müxalifətin əsas məqsədi hakimiyyətə gəlmək, bunun üçün seçkilərə uğurla hazırlaşmaq, siyasi konsepsiyalar hazırlamaq və s. kimi fəaliyyətlərdir. Bundan başqa, ümummilli məsələlərdə, ölkədə yaranan ciddi siyasi-iqtisadi problemlər zamanı fərqli mövqe sərgiləməyərək şəxsi ambisiyaları kənara qoyub xalqın, dövlətin yanında olmaqdır. Hətta bununla bağlı uzağa getməyərək qonşu Türkiyədən də bir misal göstərmək olar ki, qardaş ölkənin başı üzərini qara buludlar alanda-ölkədə xarici qüvvələrin müdaxiləsi ilə hərbi çevrilişə cəhd olarkən aparıcı müxalifət partiyalarından olan Milliyətçi Hərəkat Partiyası hakimiyyətin bu problemlə mübarizədə yürütdüyü siyasəti, atdığı addımları dəstəkləyərək FETÖ-yə qarşı görülən tədbirlərdə AKP-nin yanında olduğunu göstərdi. Çox təəssüf ki, bizdə müxalifət nəinki ümummilli məsələlərdə xalqla, hakimiyyətlə birlik nümayiş etdirmir, heç öz düşərgəsində belə, mərkəzləşmiş qaydada mübarizə apara bilmir, bir-biri ilə intriqalarla gündəmə gəlirlər.
Məlum olduğu kimi, bir neçə gün öncə Azərbaycan Ordusu Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəklikləri nəzarətə götürüb. Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi ordumuzun bu istiqamətdə daha əlverişli mövqelərə sahib olmasına imkan verdi. Bu xəbərə bütün Azərbaycan ictimaiyyəti sevinsə də, yenə də radikal müxalifət “hər şeyi qara gördü!”. Təsəvvür edin ki, 2016-cı ildə düşmən hücumunun qarşısı alınaraq əks-həmlə ilə strateji əhəmiyyətli bir neçə yüksəkliyi və postu ələ keçirib Cocuq Mərcanlını erməni ordusunun nəzarətindən tam azad etdikdə də, müxalif qüvvələr bu işin “adi bir təpənin azad olunması”ndan ibarət olduğunu deyirdi. Eyni şeyi həmin dövrdə ağır məğlubiyyətə düçar olmuş Serj Sarkisyan da deyirdi. Təsadüfdürmü? Xeyr! İndi isə erməni mətbuatı, Naxçıvanla sərhəddə yaşayan ermənilər həyəcanla bəyan edirlər ki, Azərbaycan Ordusu xeyli irəliləyərək strateji əhəmiyyətli əraziləri ələ keçirib, Amma AXCP sədri Əli Kərimli yenə də nəinki hakimiyyətin, ümumilikdə xalqın zəfəri olan bu uğurlu əməliyyata qara yaxır. Adam sosial şəbəkələr üzərindən status yazaraq deyir ki, “Naxçıvanda, guya, 11 min hektar torpaq sahəsinin Ermənistanın işğalından azad edilməsi haqda məlumat yalandır”.
Bir daha xatırladırıq ki, Ermənistan mətbuatı bu əməliyyat haqqında geniş reportajlar verir və ermənilərin uzun illər nəzarət altında saxladıqları Günnüt kəndinin artıq Azərbaycan Ordusunun nəzarəti altına keçdiyini deyir. Amma bizim müxalifət rəhbəri isə göz görə-görə, yenə də ümumilikdə xalqın sevincinə səbəb olan bu uğuru qəbul etməyərək deyir ki, yalandır...
90-cı illərdə hakimiyyətdə olmuş indiki müxalif siyasətçilərin böyük əksərinin yarıtmaz siyasətinin nəticəsi olaraq meydana çıxan işğal faktorunun əsas günahlarını öz üzərlərindən atmağa çalışan bu adamların son illərdəki Azərbaycan Ordusunun güclənməsi, cəbhə bölgəsində üstünlüklərə yiyələnməsi və zaman-zaman uğurlu əməliyyatlar həyata keçirməsini qəbul etməsi, əlbəttə ki, real görünmür. Amma görünən odur ki, erməninin dediyini deyən müxalifət artıq o qədər başını itirib ki, erməninin etiraf etdiyini də demir... Deyir ki, erməni də yalan deyir, hakimiyyət də, Günnüt geri qaytarılmayıb.
Bir daha xatırladırıq ki, bu həmin müxalifətdir ki, Aprel döyüşləri zamanı və ondan sonra da ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlara ləkə yaxmaqla məşğul idi. Faktiki olaraq xeyli irəliləyərək bir neçə strateji yüksəkliyi, postları ələ keçirən ordumuzun yanında olmaqdansa, bu döyüşləri gözdən salmağa çalışdılar. Görünən odur ki, 90-cı illərdə olduğu kimi, indi də işğal olunmuş ərazilərin geri qayıtması bu siyasətçilərin marağında deyil. Onları ancaq hakimiyyət, şan-şöhrət maraqlandırır.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info