Gürcüstandakı azərbaycanlılar UNEC-i seçir
Tarix: 12.06.2018 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


UNEC-in professor-müəllim heyəti Gürcüstandakı Azərbaycan məktəblərinə səfər ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan səfərin məqsədi Gürcüstanda yaşayan azərbaycanlıların ana dilində ali təhsil almasına dəstək vermək, həmvətənlərimizi ali təhsilə yönəltmək və abituriyentləri UNEC barədə məlumatlandırmaqdır.
Müəssisənin iqtisadiyyatı kafedrasının müdiri, dosent Əli Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Respublikasının Bolnisi və Dmanisi rayonlarının orta məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşüblər. Görüşdə məktəblilərə regionun ən böyük iqtisadyönümlü universiteti olan UNEC barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanın 4 dildə təhsil verən yeganə ali təhsil ocağı olan UNEC-ə xarici ölkə vətəndaşlarının qəbulu tamamilə elektronlaşdırılıb. Abituriyentlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda UNEC-də təhsil almaq hüququ qazanırlar.
UNEC-ə qəbul prosesinin sadələşdirildiyi məktəblilərin diqqətini cəlb edib. Onlar UNEC-də tədris olunan ixtisaslarla maraqlanıblar. Dünyanın nüfuzlu universitetləri ilə həyata keçirilən ikili diplom və mübadilə proqramları şagirdlərin marağına səbəb olub. Məktəblilər dörd ildə iki ixtisasa yiyələnmək imkanı tanıyan UDİD proqramını isə tələbələr üçün əvəzsiz fürsət adlandırıblar.
Səfər çərçivəsində həmvətənlərimizə UNEC-in magistr proqramları barədə də ətraflı məlumat verilib. Bildirilib ki, UNEC-in müasir tələblərə cavab verən Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində 11 ixtisas 39 ixtisaslaşma üzrə 4 dildə tədris həyata keçirilir. Mərkəzin tələbələri UNEC-in diplomu ilə yanaşı, Avropanın və Türkiyənin nüfuzlu universitetlərinin diplomlarını əldə edə bilirlər.
Görüşlərdə UNEC-in tanıtım videoçarxı nümayiş olunub, suallar cavablandırılıb. Görüşdə iştirak edənlər Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində təhsil imkanları ilə tanışlıqdan sonra UNEC-in tələbəsi olmaq istədiklərini bildiriblər.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info