Media layihəsinin iştirakçıları Gəncəyə səfər ediblər
Tarix: 12.06.2018 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsi çərçivəsində “Loqos” un Gəncə filialına ekskursiya təşkil edilib.
Ekskursiyaya “Loqos” un baş psixoloqu Elmira Mirzəyeva, “Loqos” jurnalının baş redaktoru Rəhilə Gülgün və media layihəsinin iştirakçıları qoşulub.
Səfər çərçivəsində media nümayəndələri əvvəlcə “Loqos” un Gəncə filialı və “Loqos” Erkən İnkişaf Təlim Mərkəzi ilə tanış olublar. “Loqos”un Gəncə filialının baş psixoloqu Lyudmila Mansurova geniş məlumat verib. Natiq “Loqos” Gəncə filialının gördüyü işlər, həyata keçirdiyi layihələri ətraflı şəkildə diqqətə çatdırıb.
Nahar fasiləsindən sonra media nümayəndələri üçün Gəncə Erkən İnkişaf Təlim Mərkəzinin baş psixoloqu Taciyə Mehdisoy tərəfindən “Şüuraltımız nə istəyir” adlı təlim aparılıb və jurnalistlərin mövzu üzrə sualları cavablandırılıb. O cümlədən, “Loqos” Erkən İnkişaf Təlim Mərkəzinin həyətində “İnsan hekayəsi” adlı praktik qrup terapiyası keçirilib.
Təlimlərdən sonra media nümayəndələri Qədim Gəncə şəhərinə ekskursiya edərək, Şeyx Nizami məqbərəsini ziyarət ediblər.
“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsi çərçivəsində Gəncəyə edilən səfər xoş təəssüratlarla başa çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info