Qəbələdə tələbələr qan xəstəlikləri və qan donorluğu ilə bağlı məlumatlandırılıb
Tarix: 12.06.2018 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


“Leykozlu Uşaqlara Dəstək” ictimai birliyi Qəbələdə tələbələr arasında ictimai maarifləndirmə tədbirini keçirib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi “Qan xəstəlikləri və qan donorluğu ilə bağlı ictimai maarifləndirmənin keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə təhsil ocağının 42 nəfər tələbə və müəllimi iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Leykozlu Uşaqlara Dəstək” ictimai birliyinin layihə rəhbəri Emin Nəbili həyata keçirilən layihə ilə bağlı iştirakçılara məlumat verib: “Bu gün bütün dünyada olduğu kimi respublikamızda da müasir tələblərə cavab verən səhiyyə ocaqları tikilib, həmin müəssisələr ən müasir tibbi avadanlıqlarla təmin olunub.
Azərbaycanın səhiyyə müəssisələrin ən mürəkkəb cərrahi əməliyyatları aparmaq, orqan transplantasiyalarını həyata keçirmək mümkün olub və onlarla uğurlu nəticələr var.
Bütün bunlara baxmayaraq, elə xəstəliklər var ki, onun qarşısında tibb elmi də acizdir.
Belə xəstəliklərdən olan qan xəstəliklərinin də yayılmasının qarşısının alınmasının əsas yollarından biri əhalinin bu istiqamətdə maarifləndirilməsidir.
2009-cu ildən fəaliyyət göstərən təşkilat qan xəstəliklərinin qarşısının alınması, qan xəstəliklərindən əziyyət çəkən şəxslərin problemlərinin ictimailəşdirilməsi və əhali arasında maarifləndirmə tədbirlər həyata keçirir. Hazırda həyata keçirilən layihənin məqsədi gənclərin qan xəstəlikləri, xəstəliyin qarşısının alınması yolları, qan donorluğu ilə bağlı maarifləndirilməsi ilə dövlətin bu istiqamətdə gördüyü işlərə ictimai dəstək verməklə sağlam gələcəyə nail olmaqdır.
Layihə Bakı şəhərində, Mingəçevir, Ağdaş və Qəbələ rayonlarının ərazisində yerləşən ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələr arasında maarifləndirmə işlərinin aparılması nəzərdə tutur”.
Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutun kiçik elmi işçisi, həkim–hematoloq İradə Kərimova qan xəstəlikləri ilə bağlı tələbələrə ətraflı məlumat verib: “İnsanlar qan xəstəlikləri ilə bağlı həkimə nə qədər tez müraciət etsələr, sağalma şansları da o qədər çox olar. İnsanlar xəstəliyin ilkin əlamətləri ilə bağlı məlumatlı olsalar, həkimə də vaxtında müraciət edərlər. Hazırda daha çox rast gəlinən qan xəstəliklərindən biri anemiya və ya qanazlığıdır. Qanazlığı-anemiya ilə müşayiət olunan dəmir çatışmazlığına daha çox uşaqlarda və reproduktiv yaşlı qadınlarda rast gəlinir. Gün ərzində qəbul edilən qidaların tərkibində dəmirin az olması, ya da qadınlarda çox, ya da nizamsız menstruasiya ilə əlaqədar olaraq orqanizmdə dəmir mineralı azalır. Orqanizmdə dəmir çatışmazlığı zəif dırnaqlar, saçların tökülməsi, tez yorulma, solğunluq, başgicəllənmə ilə müşayət olunur. Xəstəliyin digər bir əlaməti isə dodaqların çatlamasıdır. Dəmir azlığında qırmızı qan hüceyrələrində myoqlobulin zülalı da azaldığı üçün dil öz rəngini itirir”.
Qan donorluğu ilə bağlı məlumat verən Iradə Kərimova qeyd edib ki, qana olan təlabatı ödəmək üçün bu istiqamətdə maarifləndirmə işlərinin aparılması vacibdir: “Son illər Azərbaycanda donorluqla bağlı bir çox irəliləyişlər əldə olunub. Əgər insanlar əvvəllər yalnız öz xəstələrinə köməklik etmək məqsədilə məcburiyyət qarşısında qalaraq qan verirdilərsə, indi təmənnasız qan verənlərin sayı artır. Qan vermək bir insanın həyatını xilas etməklə yanaşı, həm də donorun özü üçün faydalıdır. Qan donorluğu qanın yenilənməsinə səbəb olmaqla yanaşı, orqanizmin sağlamlığına da şərait yaradır”.
Daha sonra Talassemiya, Hemofliya ilə bağlı danışan İradə Kərimova iştirakçılara leykoz xəstəliyi ilə bağlı da məlumat verib.
Həkim ekspert qan xəstəliklərinin müalicəsi ilə bağlı respublikamızda icra edilən Dövlət Proqramları ilə bağlı da danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info