Çimərlikdə istirahət edərkən nəyə diqqət etməli?
Tarix: 12.06.2018 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Yay mövsümünün gəlişi ilə istirahət etmək üçün dəniz kənarına, çimərliklərə daha çox üz tuturuq. Lakin hər yay bu istirahətin bəziləri üçün faciə ilə nəticələnməsi, ölümə səbəb olması halları barədə də eşidirik. Dənizdə, rayonlarda çay və arxlarda onlarla adam boğulur, yüzlərlə insan suda boğulma təhlükəsi ilə üzləşir. Bəs, istirahətimizin necə qurbanı olmayaq? Bu həyati əhəmiyyətli suala cavabı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev açıqlayır. Onun sözlərinə görə, yay mövsümündə insanların istirahət üçün yararlandığı dəniz kənarı, çimərliklər adi bir diqqətsizlik nəticəsində fəlakətə səbəb olur. Elmar Nurəliyev bildirib ki, ilkin olaraq, insanlar çimərliyə gedərkən hava şəraitini nəzərə almalıdırlar: "Yəni küləkli, dumanlı, yaxud günün qaranlıq saatlarında suya girmək olmaz. Daha sonra gedəcəyiniz çimərliyi düzgün seçmək lazımdır. Qadağan olunmuş çimərliyə getmək olmaz. Bu həm sizin səhhətiniz üçün, həm də həyatınız üçün təhlükəli ola bilər. Çimərliyə gedərkən saat vaxtını da nəzərə almaq gərəkir. Günün 12:00-16:00 radələrində suya girmək məsləhət deyil. Həmin saatda günəş şüalarının təsiri daha güclü olur və günvurmaya səbəb ola bilər. Ən münasib vaxt 16:00- dan sonradır. Çimərlikdə özünüz ilə kustar üsulla düzəldilən kiçik qayıqlar, şarlar, suda əyləncə üçün qurğular aparmaq məsləhət deyil. Yeməklərə də diqqət etmək lazımdır. Yəni çimərliyə istirahətə gedənlər adətən özləri ilə yeməklər, sərinləşdirici və spirtli içkilər gətirir. Çimərlikdə yağlı yeməklər və spirtli içki qəbul etmək olmaz. Spirtli içki qəbul edən şəxsin suda boğulma şansı çoxdur və günvurma daha tez baş verir.

Səhhətində problemlər olan, dərman qəbul edən şəxslər də diqqətli olmalıdır. Dərman qəbul edib suya girmək əks təsir verə bilər. Üzə bilmirsinizsə sahildə çox uzaqlaşmayın , əgər üzə bilirsinizsə, sahilə paralel üzməyə çalışın. Qadağan olunmuş xətti keçməyin. Bu sizin həyatınız üçün təhlükəli ola bilər. Bakının ətrafında və rayonlarda kanallara, göllərə də istirahət üçün gedənlər olur. Kanal suyunun üzü sakit görünsə də, suyun dibində təzyiq yüksək olur. Bundan əlavə, suyun dibində lil palçıq qatı yığılır. Suda şüşə, dəmir və başqa kəsici materialların atılması da istisna deyil. Ona görə göllərdə, su kanallarında çimməmək məsləhətdir”.
E.Nurəliyev diqqətə çatdırıb ki, insanlar dənizə girməzdən əvvəl suya diqqət etməlidirlər: "Suda baş verən təbiət hadisələri tez-tez olur. Çimərliklərdə rast gəlinən sualtı axınlar sahilə perpendikulyar olur və əsasən kiçik axınlar olur. Onların uzunluğu 300-500 metr eni isə 3-5 metr müddəti isə təxmini 4-5 dəqiqə davam edir. Axınların olmasını suyun üzünün rəngindən bilmək olar. Normalda suyun üzü ağımtıl, göy yaxud tünd göy olur. Axınlar olanda isə suyun üzü bir düz xətt kimi ağ rəngdə və köpüklü olur. Sanki köpük əmələ gəlir və batır. Belə halda suya girməmək məsləhətdir. Əgər kimsə axına düşərsə, özünü itirməməlidir. Sahilə paralel üzməklə yaxud suyun üzündə qalmağa çalışmaqla 4-5 dəqiqə müddətə axın bitəcək və siz xilas olacaqsınız. Biləsiniz ki, axın sizi suyun dibinə çəkmir. Sadəcə siz təşvişə düşürsünüz bütün gücünüzü istifadə edirsiniz və qollarınız boşalır, bu zaman boğulma olur. Təlimatlara düzgün əməl olunarsa, sağ-salamat xilas olmaq mümkündür.

Suda boğulan şəxsə qarşıdan yaxınlaşmaq olmaz, arxadan yaxınlaşıb, başının suyun üstündə qalmasını təmin etməklə sahilə tərəf üzmək lazımdır. Daha sonra, sahildə üzü aşağı uzadıb, qəbul etdiyi suyu qaytarmağını təmin etmək, çətin məqamda ürək masajı və süni nəfəs vermək olar. Mütləq təcili tibbi yardım çağırılmalıdır. Gün vuran şəxsi ilkin yardım olaraq, kölgəyə çəkmək, qoltuğuna, əllərinə, boynuna və alnına soyuq kompres qoymaq, çoxlu maye içirtmək və təcili tibbi yardım çağırmaq lazımdır. Zərərçəkmişə ilkin yardım vaxtında və düzgün göstərilərsə onun həyatını qurtarmaq olar”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info