“Cənub Regionu Məktəblərində Təhsil və Karyera Sərgisi“
Tarix: 12.06.2018 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


"Gələcəyə Doğru" Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyi Lənkəran və Lerik şəhərlərində "Cənub Regionu Məktəblərində Təhsil və Karyera Sərgisi" layihəsinini həyata keçirdib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində məktəblilərin iştirakı ilə təlimlər keçirilmiş və maraqlı müzakirələr aparılmışdır. Layihə çərçivəsində Lənkəran şəhərində Sütəmurdov kənd tam orta məktəbi, 1, 2, 5, 6 və 8 nömrəli tam orta məktəblərdə, Lerik şəhərində isə 1 nömrəli texniki fənnlər liseyi və 3 saylı tam orta məktəbdə həyata keçirilmişdir.
Layihə çərçivəsində ölkəmizdə təhsilin inkişafı, təhsil sektorunda baş verən yeniliklər, ali və orta ixtisas təhsil müəssisələri, ixtisaslar və gənclər üçün iş imkanlarının müzakirə olunmuşdur. Layihənin əsas məqsədi fərqli və alternativ metodla məktəblilərdə təhsilə marağın artırılması, məktəbliləri maraqlandıra biləcək təhsillə bağlı bütün məlumatları onlara ötürmək və onlara bütün resurs və imkanlardan faydalanaraq təhsilin inkişafına dəstək verə biləcək işlər görmək. Layihə 21-25 May tarixlərində keçirilmişdir.
İctimai Birliyin sədri Asif Səfərlinin sözlərinə görə layihə məktəblilərin bütün mümkün imkanlardan istifadə edərək uğur qazanması naminə maarifləndirilməsinə xidmət edir. Belə ki, layihənin çərçivəsində məktəblilərdə yarana biləcək bütün sualların cavablandırılması, ali təhsil almağın üstünlükləri, iş imkanları və bunun üçün yüksək səviyyədə təhsil almağın vacibliyi nümayiş olunmuşdur. Layihənin işi gənclərin həvəsləndirilməsi, onlarda ruh yüksəkliyinin yaradılması ilə yanaşı onlara bunu necə edəcəyini aşılamaqdan ibarətdir. Belə ki, layihənin keçirilməsi ilə ali və orta ixtisas təhsil müəssisələri, ixtisas növləri, ali təhsil sistemi və s. bütün təhsillə bağlı hər şey müzakirə olunmuşdur.
Gələcəyə Doğru Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyi son illərdə bir çox yerli və beynəlxalq layihələrin iştirakçısı və ya təşkilatçısı və Ukraynada, Türkiyədə, Polşada, Almaniyada, Moldovada, Rusiyada, Yunanıstan və Qırğızıstanda olan beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edib.
Xatırlatmaq istərdimki, Gələcəyə Doğru TTGİB-in həyata keçirdiyi “İnformasiya Beyinləri Düşərgəsi” , “Regionlarda Məktəblərarası İT” yarışması, “Menecmentlik Praktikada”, “Şimal Regionu Gənclərinin İntellektual birinciliyi”, “Gənclər üçün Ekoturizm düşərgəsi” layihələri çox böyük kütlələri əhatə edib və ölkə miqyasında işıqlandırılmışdır.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info