Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi iftar süfrəsi açıb
Tarix: 12.06.2018 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən iftar verilib.
 
İftar süfrəsi Moskva Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı, Rusiya Müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyi ilə baş tutub.
 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Ayan Həsənova bildirib ki, hər il Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Poklonnaya qora adlanan yerdə qurulan Ramazan çadırında "Azərbaycan Günü" keçirilir: “Ramazan çadırı Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və islam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı əlaqələri möhkəmləndirmək məqsədilə həyata keçirilən vacib layihədir. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə aktiv iştirak edir, inanclı insanlar üçün iftar süfrəsi açır".
 
Ramazan çadırındakı "Azərbaycan Günü"nü açan Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev ötən il Azərbaycanda "İslam həmrəyliyi ili"nin qeyd olunduğunu vurğulayıb: "İslam həmrəyliyi ili çərçivəsində Bakıda və digər şəhərlərdə, o cümlədən Sankt-Peterburqda konfranslar və görüşlər keçirilib. Bu tədbirlərdə müsəlman xadimləri ilə yanaşı, pravoslav kilsəsinin nümayəndələri də iştirak ediblər”.
 
Tədbirdə "Əhli-Beyt" dini təşkilatının sədri Nizami Baloğlanov, Moskva Dövlət Universitetinin tələbəsi Ələkbər Qasımov və digərləri də çıxış ediblər.
 
Daha sonra Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info