Prezidentin Sərəncamı ölkəmizdəki multikultural dəyərlərin qorunmasının daha bir təzahürüdür
Tarix: 12.06.2018 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Azərbaycan tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət və tolerantlıq şəraitində birgə yaşadığı məkandır. Azərbaycanda heç vaxt dinlərarası problem yaşanmayıb.
Bu fikirləri Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycan Prezidentinin ölkəmizdə dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncamı ilə əlaqədar AZƏRTAC-a açıqlamasında deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin dini icmaların fəaliyyəti üçün ayırdığı maliyyə yardımı ölkədəki multikultural dəyərlərin yüksək səviyyədə qorunmasının daha bir təzahürüdür. Dövlətin bu cür diqqət və qayğısı bütün dini icmaların qüsursuz fəaliyyətinə imkan verir. Digər dini icmalar kimi, Alban-Udi Xristian dini icması da dövlətimizin başçısının diqqət və qayğısını daim hiss edir. Alban-Udi Kilsəsinin bərpası xüsusi qeyd edilməlidir. Bu məbəd qədim tarixin daşıyıcılarından biridir. Udilər öz mədəniyyətini, dilini və dinini qoruyub saxlamaq üçün böyük işlər görürlər, buna dəstək olan isə Azərbaycan dövləti və onun rəhbərliyidir. Udilərin kompakt yaşadıqları Nic qəsəbəsində daim abadlıq və quruculuq işləri aparılır. Prezident İlham Əliyevin bu qəsəbəyə səfərlər etməsi də diqqət və qayğının bariz nümunəsidir.
Robert Mobili deyib ki, Azərbaycanda milli mənəvi dəyərlərin, etnik rəngarəngliyin qorunmasına dövlət səviyyəsində xüsusi önəm verilir. Azərbaycan tarixən etnoqrafik rəngarəngliyi ilə seçilib. Burada çoxsaylı etnik qruplar yaşayır. Hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlayıb. Bu da Azərbaycanda dini tolerantlıq sahəsində yaradılan şəraitin göstəricisidir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info