Naxçıvanda 150-dək cərrahiyə əməliyyatı aparılıb
Tarix: 12.06.2018 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Ötən ay ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Akademik Mirəsədulla Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 24 nəfərdən ibarət professor-həkim heyəti baş həkim Telman İbadovun rəhbərliyi ilə Ordubadda tibbi aksiya keçirib. 1276 nəfərin müayinə və müalicəsi həyata keçirilib, 73 cərrahi əməliyyat aparılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası tərəfindən isə Naxçıvan Muxtar Respublika Xəstəxanasında və Kəngərli rayonunda 213 nəfərdə müayinə, 15 nəfərdə katarakt əməliyyatı icra olunub.
Muxtar respublika xəstəxanasının həkim briqadası Culfa rayonunda 34 nəfərdə müayinə, 28 nəfərdə müxtəlif əməliyyatlar aparıb ki, onlardan da ikisi laparoskopik üsulla həyata keçirilib. Xəstəxananın 27 nəfərdən ibarət 25 həkim və 2 nəfər orta tibb işçisi isə Məhəmməd Füzuli adına Ordubad rayon tam orta internat məktəbində 40 şagirdi ambulator, USM, 15 şagirdi isə laborator müayinələrə cəlb edib.
May ayı ərzində həmin səhiyyə ocağının işçiləri qanvermə aksiyası keçirib, 30 donordan 15 litr qan tədarük edilib.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim briqadası Culfa Rayon Mərkəzi Xəstəxanasında 40 nəfərdə müayinə, 33 nəfərdə müxtəlif əməliyyatlar aparıb.
Uşaq əhalisinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilib. Təhsil müəssisələrində şagirdlərin pediatr, oftalmoloq, stomatoloq, ortoped tərəfindən kütləvi müayinəsi başa çatıb. 32 min 219 nəfərdə müayinə aparılıb, 7 min 71 nəfər dispanser qeydiyyata alınıb.
Naxçıvan Muxtar Respublika Onkoloji Mərkəzinin həkimləri tərəfindən Naxçıvan şəhəri təhsil müəssisəsi işçilərindən 242 qadında süd vəzinin profilaktik müayinəsi zamanı 16 nəfərdə patologiya aşkar olunaraq mərkəzə ətraflı müayinə və müalicəyə dəvət edilib.
Gigiyena və epidemiologiya mərkəzləri üçün dezinfeksiya, dezinseksiyaedicilər və malyariya əleyhinə larviol preparatları, ilan və əqrəb zəhəri əleyhinə zərdabların rayonlar üzrə bölgüsü aparılıb.
May ayında orta tibb işçilərinin sertifikasiya imtahanında 25 orta tibb işçisi iştirak edib, onlardan 9 nəfəri uğurlu nəticə qazanıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info