Uşaqlar arasında uşaq əməyinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Tarix: 12.06.2018 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


12 iyun - Uşaq Əməyinə qarşı Ümumdünya Mübarizə günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində maarifləndirmə tədbiri keçirilib.
Tədbir zamanı uşaqlara hüquqları izah olunub, bu və ya digər şəraitdə uşaq əməyinin istismarına məruz qalmamaları, məcburi əməyə cəlb edilməmələri üçün onlara zəruri tövsiyələr verilib. Sonra uşaqların əl işlərinə baxış olub. Qeyd olunub ki, bu Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yaşayan azyaşlıların ilkin yaradıcılıq bacarıqlarının (rəsm, musiqi, rəqs və s.) formalaşdırılması üçün müvafiq işlər aparılır. Artıq onların əl işlərindən ibarət sərgilərin də təşkil olunmasına başlanılıb ki, bu da uşaqlarda özlərinə inam hissinin artmasına, öz üzərlərində daha həvəslə çalışmalarına səbəb olur.
Tədbir çərçivəsində müəssəsədəki musiqi, ingilis dili, habelə 12-15 yaş arası uşaqların sosial-psixoloji xidmətlərlə təmin edildikləri qrup işi otaqlarına baxış olub, uşaqların idman oyunları izlənilib.
Məlumat üçün bildirək ki, ötən ildən fəaliyyət göstərən müəssisədə uşaqların sosial, psixoloji, hüquqi vəziyyəti qiymətləndirilərək, nəticəsinə uyğun tədbirlər həyata keçirilir. Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin başlıca məqsədi baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqların belə vəziyyətdən çıxarılması, onların digər həmyaşıdları kimi normal həyat tərzinə malik olmalarına, təlim-tərbiyə sistemi ilə əhatə olunmalarına şərait yaradılmasıdır. Həmçinin müəssisəni tərk etdikdən sonrakı dövrdə bu uşaqların daimi yaşayış yeri ilə təmin olunmaları üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi yönündə müvafiq işlər görülür. İndiyədək müəssisəyə 66 uşaq qəbul olunub, onların əksəriyyətinin reabilitasiyası təmin edilib. Hazırda müəssisədə 17 uşaq reabilitasiya kursu keçir.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info