“15 iyun 1993-cü il Azərbaycanda inkişafın başlanğıcıdır”
Tarix: 12.06.2018 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Qadınlar Şurası ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 25-ci ildönümünə həsr olunmuş "15 iyun 1993-cü il Azərbaycanda inkişafın başlanğıcıdır" adlı tədbir keçirib. YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığını görən ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Azərbaycanda yenidən böyük siyasətə qayıtdığını və bu qayıdışın ümid və sevinclə qarşılandığını vurğulayıb. Qeyd edib ki, həmin gün Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazılıb. K.Mustafayeva qısa bir zamanda iqtisadi tənəzzülün qarşısını alan ümummilli liderin respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdiyini və bu milli inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə böyük inamla, əzmkarlıqla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, ölkəmiz bu gün bütün dünyada özünə layiqli yer tutub və iqtisadiyyatın artım göstəricilərinə görə lider mövqedə dayanır. Xalqımız öz xilaskarının xidmətlərini unutmur, 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Sonra 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş olunub. Digər çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan ümumxalq bayramına çevrildiyini, 15 iyunun xalqımızın öz taleyini həll etdiyi gün olduğunu vurğulayıblar. Tədbirin sonunda Pirallahı rayonundakı 186 saylı orta məktəbin şagirdlərinin ifasında ulu öndər Heydər Əliyevə həsr olunan şeirlərdən ibarət kompozisiya səsləndirilib.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib
20.04.2019
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb
20.04.2019
Bu günün havası - Yağış hələ yağacaq...
20.04.2019
Lerik və Yardımlı rayonlarına qar yağıb
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info