Azərbaycanın tərəqqisi və ABŞ-la möhkəm münasibətləri növbəti 100 ildə daha da inkişaf edəcək
Tarix: 13.06.2018 | Saat: 14:23:00 | E-mail | Çapa göndər



ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Mətyü Gaetz (Florida – Respublikaçı) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, konqresmen Mətyü Gaetz çıxışının əvvəlində Azərbaycanın müstəqilliyinin 100 illiyinin qeyd olunduğunu diqqətə çatdıraraq, ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətini xüsusi vurğulayıb.
Azərbaycanın tarix boyu Sovet İttifaqı istilasına qarşı olduğu konqresmen tərəfindən bildirilib. Ölkəmizin qadınların seçki hüququnun təmin edilməsi sahəsində ilklərdən olduğu, Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğu çıxışda qeyd edilib. Azərbaycanın günbəgün müdafiə, əks-kəşfiyyat və terrorçuluq əleyhinə mübarizə sahələrində əməkdaşlıq etdiyi, 11 sentyabr hadisələrindən sonra ABŞ-a təmənnasız dəstək verdiyi diqqətə çatdırılıb.
Konqresmen M.Gaetz çıxışının sonunda Azərbaycan xalqının tərəqqisinin və ABŞ-la möhkəm münasibətlərinin növbəti 100 ildə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.




 
Bölməyə aid digər xəbərlər
13.02.2019
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
13.02.2019
Dövlətmizin uğurlu idman siyasəti
13.02.2019
“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”
11.02.2019
Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim
09.02.2019
Evini, ocağını “ucuz tutmaq” yoxdur milli düşüncəmizdə…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info