N.Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İsraildə görüşlər keçiriblər
Tarix: 13.06.2018 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İsrailə səfərə gedib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Knessetin sədri Yuli-Yoel Edelstein, vitse-spiker Yehiel Bar, Patriarx III Teophilos, Knessetin xarici işlər və müdafiə komitəsinin sədri Avi Diçterlə görüşlər keçirilib.
Görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İsrail Dövləti ilə əməkdaşlıq məsələləri müzakirə olunub. Mərkəzin qısa müddət ərzində həyata keçirdiyi layihələr yüksək qiymətləndirilib. Təşkilatın beynəlxalq əməkdaşlığa, sülhə və təhlükəsizliyə verdiyi töhfələrin əhəmiyyəti vurğulanıb.
Nümayəndə heyətinin üzvləri mərkəzin təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumu barədə məlumat verib. Həmçinin VII Qlobal Bakı Forumuna hazırlıqla bağlı görülən işlər barədə müzakirələr aparılıb. Gələcəkdə İsrail Dövlətinin dəstəyi ilə birgə layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Görüşlərdə Mərkəzin mədəniyyətlərarası dialoq sahəsində fəaliyyətinin mürəkkəb geosiyasi proseslərin getdiyi müasir dövrdə olduqca böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
İsrailin dövlət rəsmiləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin son illər ərzində təşkil etdiyi tədbirlərin dünyanı narahat edən problemlərin həlli yollarının müzakirəsi baxımından vacib olduğunu qeyd ediblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info