Milli Qurtuluş Günü Daxili Qoşunların hərbi hissəsində qeyd edildi
Tarix: 12.06.2013 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


Azərbaycan xalqının Milli Qurtuluş Günü ərəfəsində Səbail Rayon İcra Hakimiyyəti və rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə Daxili Qoşunların «N» saylı hərbi hissəsində tədbir keçirilib. Səbail rayon rəhbərliyi və Daxili Qoşunlar komandanlığının iştirakı ilə keçirilən tədbirdə rayon ictimaiyyəti, rayondakı ali məktəblərin tələbələri, orta məktəblərin yuxarı sinif şagirdləri ilə yanaşı, Bakı Oksford məktəbində təhsil alan şagirdlər, Daxili Qoşunların şəxsi heyəti iştirak ediblər. Əvvəlcə hərbi hissənin sıra meydanında şəxsi heyət və gənclərin düzülüşü təşkil olunub.
Tələbə və şagirdlər, müəllimlər Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Daxili Qoşunlar Qərargahının şöbə rəisi polkovnik Mətləb Qənbərovun iştirakı ilə hərbi hissədə yaradılmış Azərbaycan Daxili Qoşunlarının Döyüş Muzeyində qoşunların yaranması, döyüş yolunu əks etdirən eksponatlarla tanış olub, əsgər yataqxanasına tibb məntəqəsinə, idman şəhərciyinə, xidmət otaqlarına, xidmət itlərinin saxlanıldığı mərkəzə, xidməti at tövlələrinə baxıblar. Daxili Qoşunların müxtəlif əməliyyatlarda istifadə etdiyi müasir silah və hərbi texnikalar, onların döyüşdə tətbiqi barədə brifinq keçirilib. Daxili Qoşunların zabitləri qonaqlara silahlardan istifadə qaydalarını, əsgər və zabitlərin müxtəlif hava şəraitləri üçün nəzərdə tutulmuş geyimlərini, xüsusi geyim və qorunma vasitələrini nümayiş etdiriblər. Daha sonra şəxsi heyəti gündəlik xidməti və hazırlığı, xüsusi təyinatlı dəstə üzvləri tərəfindən bir sıra xüsusi əməliyyat səhnələri nümayiş etdirilib, Daxili Qoşunların hərbi orkestrinin müşayiəti ilə hərbi texnika və şəxsi heyətin təntənəli keçidi olub.
Tədbir iştirakçıları qarşısında çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ilk öncə tədbir iştirakçılarını Milli Qurtuluş Günü və tədbirin keçirildiyi «N» saylı hərbi hissənin yaradılmasının 21-ci ildönümü münasibəti ilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu işindəki əvəzsiz xidmətlərindən, ulu öndərin səyləri nəticəsində hələ sovetlər dönəmində respublikamızda peşəkar hərbçilərin yetişdirilməsi məqsədi ilə C.Naxçıvanski adına hərbi liseyin yaradılmasından danışıb, bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Azərbaycan ordusunun möhkəmlənməsi, müasir silah və texnika ilə təminatında görülən işlər barədə məlumat verib, bu kimi tədbirlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühm rol oynadığını vurğulayıb.
Daxili Qoşunların «N» saylı hərbi hissəinin komandir əvəzi, polkovnik-leytenant Alim İsmayılov Azərbaycan Ordusunun yaradılmasında Heydər Əliyevin böyük və əvəzsiz rolundan danışıb, hərbi hissənin müasir silah və texnika ilə təminatı, şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, bu kimi tədbirlər yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinin daha da artırılması və onların hərbi xidmətə hazırlığı işlərində mühüm əhəmiyyət kəsb edir, Səbail rayonu ilə Daxili Qoşunlar arasındakı dostluq əlaqələrini daha da möhkəmləndirir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info