Salatın Əsgərova küçəsinin bir hissəsi təmir edilib
Tarix: 13.06.2018 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Nəsimi rayonunda Təbriz küçəsinin ardınca Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi və Azadlıq prospektləri arasında yerləşən 300 metrlik hissəsi təmir edilərək vətəndaşların istifadəsinə verilib.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, küçənin sözügedən hissəsi uzun müddət əsaslı şəkildə təmir olunmadığı üçün və kommunikasiya xətlərinin çəkilişindən sonra yolun hərəkət hissəsində qabarma və dağılmalar yaranmışdı: "Bu isə hərəkətdə müəyyən çətinliklərə gətirib çıxarırdı. Küçənin təmiri ilə bu nöqsanlar aradan qaldırılıb".
 
Təmir işləri zamanı küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Bu işlər 4 minə yaxın kv.m sahəni əhatə edib. Bundan başqa təmir-tikinti işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, kənarlarına isə 600 paqon-metr uzunluğunda yeni səki daşları düzülüb.
 
Təmir işləri yekunlaşandan sonra zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb, yolgöstərici və yolcizgi xətləri, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq küçə müasir görkəmdə sürücülərin istifadəsinə verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info