“Bakcell” Böyük Britaniya səfirliyinin təşkil etdiyi tədbirlərə dəstək göstərib
Tarix: 13.06.2018 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin ənənəvi olaraq hər il keçirdiyi iki böyük tədbirə dəstək göstərib. Belə ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə uzunmüddətli əməkdaşlığı çərçivəsində “Bakcell” şirkəti “Xəzər Neft və Qaz” sərgi və konfransının 25-ci ildönümü münasibətilə Böyük Britaniya səfirliyi və ABŞ səfirliyinin birgə təşkil etdiyi təntənəli qəbul mərasiminin sponsorlarından biri olub. 
İyun ayının 7-də isə şirkət Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin doğum günü münasibətilə təşkil edilmiş təntənəli qəbulun keçirilməsinə dəstək göstərib. Ziyafətdə Azərbaycanın və Böyük Britaniyanın dövlət məmurları, yerli və beynəlxalq şirkət və təşkilatlarının nümayəndələri iştirak edib.
Qeyd edək ki, “Bakcell” şirkəti uzun illərdir ki Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq edir və bu əməkdaşlıq sayəsində səfirliyin təşkil etdiyi bir sıra tədbirlərə sponsorluq etməklə yanaşı, “British Council” ilə birgə müxtəlif Korporativ Sosial Məsuliyyət layihələrini uğurla həyata keçirib.
Artıq 20 ildən çoxdur ki Azərbaycanda fəaliyyət göstərən “Bakcell” şirkəti hazırda müxtəlif sahələri təmsil edən 1800-dən artıq korporativ müştəriyə xidmət edir. “Bakcell” neft sənayesi daxil olmaqla ölkə iqtisadiyyatının bir çox sektoru üzrə ən böyük korporativ telekommunikasiya xidmətlərinin təminatçısıdır. Şirkət Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərini ən yüksək keyfiyyətli telekommunikasiya həlləri ilə təmin edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
18.10.2019
Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi
18.10.2019
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info