Azərbaycana “Limuzin” danalar gətirilib
Tarix: 12.06.2013 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən ölkədə 13 heyvandarlıq kompleksinin yaradılmasına indiyədək 54 mln. manat güzəştli kredit ayrılıb.
Nazirlikdən verilən məlumata görə, son illər ərzində Azərbaycanda infrastruktur sahələri, yeni istehsal, emal müəssisələri və s. yaradılır: «Belə sahələrdən biri müasir ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin yaradılmasıdır. Bu məqsədlə 14 350 başlıq südlük və 3 min başlıq ətlik istiqamətli 13 heyvandarlıq kompleksinin yaradılmasına SKMF tərəfindən indiyədək 54 mln. manat güzəştli kredit verilib. Güzəştli kreditlər hesabına həyata keçirilən belə layihələrdən biri də Bərdə rayonunun Mehdili kəndində yerləşən «Qarabağ Aqrar Sənaye Kompleksi» MMC-dir. Cəmiyyətin tərkibinə tutumu 5 min ton olan soyuducu anbar, ət kəsimi fabriki, 2 200 başlıq südlük və 2 min başlıq ətlik istiqamətli heyvandarlıq kompleksi daxildir». Bu günlərdə SKMF-in maliyyə dəstəyi ilə «Qarabağ Aqrar Sənaye Kompleksi» MMC-yə Macarıstandan yüksək genetik xüsusiyyətlərə malik, 200 baş südlük Holşteyn cinsindən olan damazlıq inəklər, 200 baş ətlik “Şarole”, “Limuzin” və “Simental” cinsindən olan danalar gətirilib. Növbəti mərhələdə əlavə 900 baş “Simental” cinsli damazlıq inəklərin gətirilməsi planlaşdırılır. İlin sonuna qədər kompleksə Macarıstandan gətirilən cins danaların sayı 10 minə çatdırılacaq.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info