UNEC təmsilçiləri iki yüzdən çox məktəbə səfər ediblər
Tarix: 14.06.2018 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


UNEC-in professor-müəllim heyəti Azərbaycanın 200-dən çox məktəbinə səfər edib. Yuxarı sinif şagirdlərinə UNEC barədə məlumat vermək, onlara ixtisas seçimində dəstək olmaq məqsədilə keçirilən görüşlər Bakı, Göyçay, İsmayıllı, Quba, Şabran, Zaqatala, Siyəzən, Qəbələ, Şəki, Ağdaş və Mingəçevirin qabaqcıl məktəblərində keçirilib. Professor-müəllim heyəti yuxarı sinif şagirdlərinə regionun ən böyük iqtisadyönümlü və Azərbaycanın 4 dildə təhsil verən yeganə ali təhsil müəssisəsi olan UNEC barədə ətraflı məlumat verib. Bildirilib ki, UNEC-ə qəbul DİM-in təşkil etdiyi test imtahanları ilə yanaşı, beynəlxalq SAT proqramı vasitəsilə də həyata keçirilir. Abituriyentlərin diqqətinə çatdırılıb ki, son iki ildə II ixtisas qrupu üzrə ən yüksək bal toplayanlar məhz UNEC-i seçib. Görüşlərdə UNEC-də tətbiq edilən yeniliklər də səsləndirilib. Qeyd edilib ki, 600-dən yüksək bal toplayaraq UNEC-ə qəbul olan tələbələrə bir semestr boyunca xüsusi təqaüd verilir. Bundan başqa, imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə ikinci əlaçı təqaüdü verilir. UNEC Avropanın ən nüfuzlu iqtisadyönümlü ali məktəbi olan London Universiteti/London İqtisad Məktəbi və Fransanın Montpelye Universiteti ilə ikili diplom proqramı həyata keçirir. UNEC-in tələbəyə verdiyi üstünlüklərdən biri də UDİD proqramı ilə 4 ilə 2 ixtisasa sahib olmaqdır. Məktəblilərə abituriyentlər arasında çox populyar olan “UNEC-də bir gün” layihəsi barədə də məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində bu tədris ilində Bakı, Sumqayıt, Mingəçevir, Lənkəran, Quba, Şirvan, Zaqatala və Xaçmazla birlikdə 60-dan çox məktəbin 1000-ə yaxın şagirdi UNEC-in “bir günlük tələbə”si olub. Görüşlərdə UNEC-in tanıtım videoçarxı nümayiş etdirilib, məlumat kitabçaları paylanıb. Qeyd edək ki, daha öncə UNEC-in professor-müəllim heyəti Gürcüstandakı Azərbaycan məktəblərinə də səfər ediblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info