“Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi
Tarix: 14.06.2018 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Ölkəmizin firavan gələcəyi intellektli, geniş dünyagörüşlü, vətənpərvər və savadlı gənclərdən asılıdır. Məhz buna görə də Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu fikirlər Yeni Azərbaycan Partiyasının (YAP) və YAP Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Xaçmazda keçirilən zona müşavirəsində vurğulanıb. “Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda təşkil edilən zona müşavirəsində Gənclər Birliyinin sədri Seymur Orucov, YAP icra katibliyinin zona üzrə kuratoru Araz Xudadanov, partiyanın Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayon təşkilatlarının gənclər birliklərinin üzvləri iştirak ediblər. YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev tədbirdə çıxış edərək 2018-ci ilin ötən dövründə respublikamızın, eləcə də partiyanın həyatında baş verən yaddaqalan tarixi hadisələrdən danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov gəncləri Milli Qurtuluş Günü münasibətilə təbrik edərək, həmin tarixi gündən ötən 25 il ərzində Azərbaycan gəncliyinin inkişafında dövlətimizin başçısı İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının gördüyü işlər haqqında ətraflı məlumat verib. Zona müşavirəsində iştirak edən gənclər çıxışlarında tarixi keçmişimizi bir daha yada salaraq, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ətrafında sıx birləşdiklərini bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info