“TANAP layihəsinin mərkəzinin Eskişehirdə olması bizləri sevindirir”
Tarix: 14.06.2018 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


Cavid Əmirov: “İki ölkə arasındakı belə layihələr Eskişehirdəki azərbaycanlılara nüfuz qazandırır”
Artıq 12 iyun - TANAP layihəsinin Türkiyənin Eskişehir şəhərində açılış mərasimi Azərbaycan, Türkiyə və ümumiyyətlə, Avropa üçün tarixi bir gün olaraq yaddaşlarda qalacaq. Açılış mərasimində Prezident İlham Əliyevin dediyi kimi, TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür: “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir”.
TANAP layihəsinin açılışı Eskişehirdəki soydaşlarımızda da sevinc hisləri yaradıb. Eskişehir Azərbaycanlılar Dərnəyi Gənclər Təşkilatının sədri, Eskişehir Osmangazi Universitetinin Kimya mühəndisliyi fakültəsinin tələbəsi Cavid Əmirov bununla bağlı öz sevincini bizimlə bölüşdü. Onun sözlərinə görə, TANAP bölgədəki sülh və sabitlik üçün çox önəmli bir layihədir: “Azərbaycan qazının Avropaya Türkiyə üzərindən nəql olunması maddi qazancla yanaşı, ölkələrimizə dünya enerji bazarında və iqtisadi arenasında daha çox nüfuz qazandıracaq. TANAP, eyni zamanda Türkiyə və Azərbaycan dostluğuna da öz töhfəsini verəcək. Ölkələrimiz arasında qardaşlıq əlaqələri iqtisadi sahədə də güclənəcək. Bu layihənin mərkəzinin, xüsusilə Eskişehirdə olması bizləri sevindirir. Azərbaycanlılar olaraq gələcəyə daha da inamlı baxmağa bizi sövq edir. İki ölkə arasındakı belə layihələr burada yaşayan azərbaycanlılara həm nüfuz qazandırır, həm də belə böyük layihələrin iştirakçısı olmağa şans yaradır”.
Cavid Əmirov qeyd etdi ki, bu gün Azərbaycan və Türkiyə tarix yazır: “Tarixdə də olduğu kimi, bu gün də Azərbaycan Türkiyənin böyük layihələrinin iştirakçısıdır və qarşılıqlı şəkildə Türkiyə iqtisadiyyatına öz töhfəsini verir. Ölkələrimizin birgə gerçəkləşdirdiyi bütün layihələr dünyanın hər yerində yaşayan soydaşlarımıza güc və əminlik verməlidir. Bizlər Dünyanın nəhəng layihələrinin bir parçası və TANAP-da olduğu kimi, yaradıcısıyıq. Prezident İlham Əliyevin açılışda bildirdiyi “TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir” sözləri ölkələrimizin ortaya qoyduğu güclü iradənin və atdıqları sağlam addımların göstəricisidir. İllər əvvəl Türkiyə, Azərbaycan və Gürcüstan arasında layihələr gerçəkləşdirilirdisə, bu gün artıq yeddi ölkə TANAP layihəsinin iştirakçısıdır. Yeni dünyanın ipək yolu sayılan bu layihə bölgəmizdə sülh yaranması üçün böyük addımdır”.
Onun fikrincə, TANAP tipli layihələr həm də azərbaycanlıların dünyaya inteqrasiyasını sürətləndirir: “Bunun nəticəsi olaraq düşünürəm ki, dünyanın bir çox yerində təhsil alan Azərbaycanın savadlı gənclərinin bu işlərin içində yer alması, eyni zamanda gələcəyimizin güclənməsinə təkan verəcək. Dünyanın bir çox nəhəng layihələrində iştirak edən, nəhəng şirkətlərdə çalışan azərbaycanlılar var. Və bizim milli layihələrimizdə yer almaq, fikrimcə, daha bir qürurverici olar”.
Cavid Əmirov TANAP-ın Türkiyə və Azərbaycan qardaşlığının hər sahədə güclü olduğunu dünyaya çatdırdığını vurğuladı: “İstər xalqımızın, istərsə də dövlətlərimizin birliyi daimidir, sonsuzdur. Bu birlik nə qədər güclü olarsa, daha da böyük işlər görüləcək. TANAP-ın açılışının Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ilinə təsadüf etməsi də sevindirici haldır. Bu, bütün dünyaya Azərbaycan türklərinin tarix boyu olan əzmkarlığının nəticəsini göstərir”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Türkiyənin Suriyada əsas məqsədi PKK ilə bağlılığı olan yaraqlıların məhv edilməsidir
23.01.2019
Sosial şəbəkələrdəki xaosu necə dayandırmaq olar?
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 “Bir sıra sərhəd rayonlarında yaşayan ermənilərin sülhə hazırlanması istiqamətində təbliğat işləri aparılır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info